Azərbaycanda partiya adı dəyişdi - Bəyanat
18-12-2023 [14:08]
Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Parytiyasının (BAXCP) İdarə Heyətinin növbəti toplantısı keçirilib.
Mia.az xatırladır ki, İdarə Heyəti Qüdrət Həsənquliyevin prezidentliyə namizədliyini irəli sürüb.
Bununla yanaşı, BAXCP İdarə Heyətinin gündəmində olan digər məsələ partiyanın adında dəyişiklik edilməsi ilə bağlı olub.
Bildirilib ki, məsələ uzun müddətdir partiyanın müvafiq qurumlarında müzakirə olunub. İdarə Heyətinin üzvləri partiyanın adı ilə bağlı müxtəlif təkliflər səsləndiriblər: "Son olaraq, çoxluq Ədalət, Hüquq və Demokratiya (ƏHD) Partiyası adının üzərində dayanıb. Bununla bağlı, partiyanın qüvvədə olan nizamnaməsinə uyğun olaraq, BAXCP Ali Məclisinə müraciət edilməsi qərara alınıb. Partiyanın Ali Məclisinin məqsədəuyğun hesab edəcəyi və qurultayın qərar verəcəyi təqdirdə BAXCP Ədalət, Hüquq və Demokratiya (ƏHD) Partiyası adlandırılacaq".
BAXCP belə bir təklifi zərur edən məqamlara ayrıca açıqlama ilə aydlıq gətirib və bununla bağlı Azərbaycan ictimaiyyətinə müraciət qəbul edib. Müraciətdə deyilir:
“Əziz həmvətənlər,
Məlum olduğu kimi 1987-ci ilin sonlarından etibarən, SSRİ-nin mərkəzi strukturlarında təmsil olunan, həmşinin Fransa və ABŞ da daxil olmaqla, dünyanın müxtəlif ölkələrində yaşayan ermənilər, erməni lobbisi və Ermənistan Qarabağın Azərbaycandan qopardılması üçün ərazilərimizdəki erməni separatizmini stimullaşdırmağa və açıq müstəviyə keçirməyə başladılar. Bunun davamı olaraq, yüzminlərlə azərbaycanlı indiki Ermənistan ərazisindən, öz ata-baba torpaqlarından deportasiya olundular (qovuldular). Qarabağın Azərbaycandan qopardılmasına, daha sonra isə soydaşlarımızın Ermənistandan, öz tarixi Vətənlərindən qovulmasına, həmçinin SSRİ-nin mərkəzi hakimiyyət orqanlarının, ilkin mərhələdə laqeyid, daha sonra isə açıq ermənipərəst mövqeyinə münasibətdə ölkəmizdə ümumxalq etirazı başladı. Bu etirazların dalğasında da, prosesin idarə olunması, həmçinin Qarabağın Azərbaycandan qopardılmasının qarşısının alınması naminə mücadilənin, müqavimətin təşkili üçün Azərbaycan Xalq Cəbhəsi yaradıldı. Bundan sonrakı dövrdə baş verənlər – SSRİ-nin mərkəzi hakimiyyət orqanlarının Azərbaycan xalqına, ölkəmizin ərazi bütövlüyünə ədalətsiz və qərəzli münasibəti, təzyiq və basqılar, eləcə də dinc insanların qətlə yetirilməsi etiraz dalğasının Milli Azadlıq Hərəkatına çevrilməsinə, istiqalal uğrunda mübarizəyə zəmin yaratdı.
Əziz həmvətənlər,
Azərbaycan Ordusunun İkinci Qarabağ Müharibəsindəki Zəfərindən, xüsusilə də sentyabın 19-da başladılan antiterror əməliyyatından, ölkəmizin suverenliyinin onun bütün ərazilərində bərpasından sonra, vaxtilə Milli Azadlıq Hərəkatının və Azərbaycan Xalq Cəbhəsinin qarşısına qoyduğu ilkin, xalqın arzu və istəklərindən doğan məqsədlər reallaşıb və indi ərazisi bütövləşmiş Azərbaycan Respublikasında yeni bir dövr, hüquqi dövlət, ədalətli və demokratik vətəndaş cəmiyyəti quruculuğu üçün yeni bir mərhələ başlayıb, qarşıdurma və ziddiyyətlər başa çatıb. Zamanında Azərbaycanın ərazi bütövlüyü naminə, xalq olaraq, düşmənə qarşı eyni cəbhədə savaşmaq zərurəti və bu zərurəti ifadə edən adlar özünü doğruldurdusa, artıq səngərlərə çəkilərək mücadilə aparmaq dövrü deyil, quruculuq zamanıdır. “Azərbaycan Xalq Cəbhəsi” və onun varislərindən biri olan Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) adlarında yer alan “cəbhə” sözü isə, bəlli olduğu kimi, “səngər”, qarşıdurma”, “müharibə” təəsüratı yaradır. Azərbaycan dilinin izahlı lüğətində də “cəbhə” sözü birbaşa olaraq, “Düşmənlə üz-üzə durub vuruşan ordu hissələrinin yerləşdiyi sahə, xətt” anlamında təqdim olunur.
Bütün bunları, həmçinin “xalq cəbhəsi” söz birləşməsinin daşıdığı məzmunun, ölkəmizin bu günkü reallıqlarına uyğun gəlmədiyini nəzərə alaraq, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) İdarə Heyəti təşkilatın adının dəyişdirilməsi və bu məqsədlə Partiyanın növbədənkənar qurultayının çağırılması üçün səlahiyyətli olan BAXCP Ali Məclisinə müraciət ünvanlayıb. İdarə Heyəti partiyanın Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası adlandırılmasını məqsədəuyğun hesab edir.
Nə üçün Ədalət, Hüquq, Demokratiya?
Çünki ərazi bütövlüyünü, suverenliyini bərpa edən Azərbaycan Respublikasının və onun vətəndaşlarının bu gün, məhz “ədalət”, “hüquq” və “demokratiya” kimi dəyərlərə tam sahiblənməsinə və bu dəyərlərin hüquqi dövlət quruculuğu prosesinin bütün istiqamətlərində təmin edilməsi üçün sivil siyasi mübarizənin aparılmasına ehtiyac var.
Ədalət mülkün, müasir anlamda isə hüquqi dövlətin təməlini təşkil edir. Ədalətli cəmiyyət, yalnız hüquq dövlətdə mümkün ola bilər. Hüquqi dövlətdə dövlət vətəndaşların və onların yaratdıqları birliklərin hüquqlarını qorumalı, dövlət və vətəndaş münasibətləri hüquqla tənzimlənməlidir. Bütün bunlara isə, yalnız xalqın iradəsinin ifadəsi ilə - demokratik yolla nail olmaq mümkündür.
Beləliklə, ədalətli cəmiyyət – bütün insanların azad, təhlükəsiz, firavan yaşadığını ifadə edən nəticə, hüquqi dövlət bu nəticəyə nail olmaq üçün vasitə, demokratiya isə nəticəyə aparan yeganə doğru və legitim yoldur.
Ədalət, Hüquq və Demokratiya sözlərinin baş hərfləri ƏHD qısaldılımış adını yaradır.
“Öhdəlik” sözü ilə eyni mənşədən gələn “əhd” sözü özündə verdiyin sözün, üzərinə götürdüyün məsuliyyətin, öhdəliyin yerinə yetiriləcəyini ifadə edən müqəddəs anddır. Təsadüfi deyil ki, bütün səmavi dinlərin kitablarında “əhd” sözü dəfələrlə vurğulanır və əhdə sədaqət Allahın buyurduğu vacib əməllərdən biri hesab olunur. Dini inanclarda peyğəmbərlərin Tanrıya sədaqət andlarının, Tanrıyla anlaşmalarının yer aldığı “Əhd sandığı” əsrlərdir ki, ədalət axtarışında olan cəmiyyətlərin toplumsal düşüncəsinə yer almaqla, onlara imanın, inamın yolunun əhdə sədaqətdən keçdiyini göstərir.
Ədalət, Hüquq və Demokratiya bizim Azərbaycan xalqı qarşısında, bu dəyərlərin təşəkkül tapması üçün əlimizdən gələni əsirgəməməyimiz barədə götürdüyümüz öhdəlik, içdiyimiz and, etdiyimiz əhddir.
Əhdimiz Ədalət, Hüquq və Demokratiyadır!”
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi