İsrail ordusunun daha iki hərbçisi həlak olub - 5-i isə yaralanıb

img

18-12-2023 [00:16]


İsrail ordusunun bu gün Qəzza zolağında daha iki hərbçisi həlak olub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu məlumatı İsrail Ordusu təsdiqləyib.

Bildirilib ki, bu gün Qəzzanın şimalında HƏMAS yaraqlıları ilə toqquşmada İsrail ordusunun leytenant Boris Dunavetski ilə bir əsgər həlak olub: "5 nəfər isə döyüşlərdə yaralanıb".

Məlumatda deyilir ki, bununla da İsrail ordusunun Qəzzaya qurudan hücumlara başladığı 27 oktyabrdan bu yana həlak İsrail hərbçilərinin sayı 122-yə çatıb: "7 oktyabrdan bu yana həlak olanların sayı isə ümumilikdə 454-ə yüksəlib".

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR