Şəhid ailələri Milli Məclisdən qərar gözləyir

img

13-06-2014 [10:44]


Dünən 1992-1994-cü illərdə aktiv hərbi əməliyyatlar gedən dövrdə Azərbaycanın Respublikasının ərazi bütövliyi və suverinliyi uğrunda həyat yoldaşlarını və övladlarını şəhid verən, bir qrup şəhid ailəsi sığorta ödənişi ilə bağlı qanuni qüvvəsini almış məhkəmə qərarlarının icra olunmamasına görə Dövlət Sığorta Kommersiya Şirkətinin sədri Məmməd Məmmədovun qəbulunda olublar.

Bu barədə "Şəhid Ailələrinə Sosial Dəstək" ictimai birliyini sədri Almaz Zeynalova məlumat verib.

Şəhid ailələri DSKŞ-nı məhkəmə qərarlarını icra etməməkdə ittiham edir: "DSKŞ səbəb olaraq qeyd edir ki, bu qətnamələri icra etməyə Milli Məclis tərəfindən bizə göstəriş verilmədiyi üçün biz məhkəmə qətnamələrini icra edə bilmərik.

Baxmayaraq şirkətin qətnamələri icra etmək üçün maddi imkanı olsa da Milli Məclisin qərarı olmadan icra edə bilməməsi biz şəhid ailələrində təəssüf hissi doğurur. Millət vəkillərimizin belə bir həssas məsələni gecikdirməsi şəhid ailələrini ciddi narahat edir və buna görə bir qrup şəhid ailəsi buna etiraz olaraq sabah Milli Məclisin sədri Oktay Əsədovla görüşmək qərarına gəliblər.

İnanırıq ki, iyunun 20-də keçiriləcək Milli Məclisin növbədənkənar iclasında gündəliyə salınan 26 məsələnin içində, 1992-1994-cü ilərdə şəhid olmuş hərbi qulluqçuların ailələrinə veriləcək sığorta ödənişinin verilmə qaydası və şərtlərinin müəyyən edilməsi məsələsi də olacaq".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA