Böyük Britaniyanın fəxri konsulu qaçırılıb

img

17-12-2023 [09:10]


Böyük Britaniyanın Quayakildəki fəxri konsulu Kolin Armstronq qaçırılıb.

Bu barədə “El Universo” qəzeti məlumat yayıb.

Oğurluq şənbə günü səhər tezdən Ekvadorun Los Rios əyalətində baş verib.

Öz növbəsində Ekvador polisi X sosial şəbəkəsindəki (keçmiş Twitter) səhifəsində bildirib ki, “bu səhər tezdən Los Riosda iş adamına qarşı baş vermiş cinayətlə əlaqədar Ekvador polisinin ixtisaslaşmış bölmələri istintaq-əməliyyat tədbirləri həyata keçirir”.

Qəzet yazır ki, konsulla birlikdə daha bir nəfər qaçırılıb/APA


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq