Daha bir marşurut qəzası- Yaralılar var+fotolar

img

13-06-2014 [10:16]


Hazırda Azadlıq 189 ünvanında 2 avtomobil, 1 sərnişin avtobusunun iştirakı ilə yol qəzası baş verib.


Bu barədə "Qafqazinfo"ya 101FM-in xəbər aparıcısıƏzizə İsmayılova məlumat verib. Jurnalistin sözlərinə görə, 165 saylı xətt avtobusu və hundai markalı avtomobil öz yolları ilə Binəqədidən şəhər istiqamətində hərəkətdə olarkən Volksvaqen markalı avtomobil əks yola keçərək manevr etmək istəyib və nəticədə ağır qəza meydana çıxıb:

"Bütün təhlikəsizlik yastıqları açılıb. Avtobus sərnişinləri arasında da xəsarət alanlar olub. Hələlik say bilinmir. Qəza törədən sürücü başından yüngül xəsarət almışdı və hətta mənim üzərimə şəkil çəkməyim deyə hücum belə etdi... Əlimdəki kameranı almağa çalışdı.. Hadisə yerində polislər iş aparır".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA