Bakını gözləyən hansı təhdidlər Əliyevin namizədliyini şərtləndirdi? - TƏHLİL
16-12-2023 [21:45]
Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin genişləndirilmiş iclası keçirildi.
İclasda iki mühüm qərar verildi:
1. YAP-ın İdarə Heyətinin iclasında növbədənkənar prezident seçkisində iştirakına qərar verildi;
2. YAP-ın növbədənkənar prezident seçkisində namizədi hazırkı dövlət başçısı İlham Əliyevin olması qəbul edilib;
YAP-ın namizədinin İlham Əliyevin olması gözlənilirdi. Xüsusilə indiki məqamda onun seçkilərə getməsi istər ölkə üçün, istər region üçün, istərsə də geosiyasi proseslər baxımından olduqca vacibdir.
İlham Əliyev hər şeydən öncə xarici təhdidləri sezməyi və analiz aparmağı yaxşı bacarır. Təsadüfi deyil ki, onun hakimiyyəti illərində Azərbaycan balans siyasətini qorumağı, beləliklə isə xarici təhdidlərdən yayınmağı bacarıb. Bu siyasət xüsusilə keçmiş “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ” münaqişəsi illərində daxili auditoriya və müxalifət tərəfindən sərt tənqid edilsə də Əliyev bu siyasətdən bir addım da geri atmadı.
İlham Əliyevin apardığı balans siyasəti həm də vaxt udmağa hesablanmışdı. Azərbaycanın güclü xarici əməkdaşlara, müttəfiqlərə, ordusunu aparıcı ölkələrin orduları ilə bərabər səviyyədə inkişaf etdirməyə, iqtisadiyyatı gücləndirməyə ehtiyacı vardı.
İlham Əliyev 20 ilə bütün bunları bacardı. Nəticə etibarilə 44 günlük ikinci Qarabağ müharibəsi və lokal xarakterli antiterror tədbirləri ilə “Ermənistan Azərbaycan Dağlıq Qarabağ” münaqişəsinin “Dağlıq Qarabağ” etapı bitdi.
İ.Əliyev böhran vəziyyətlərinə hazırlıqlı, dözümlü və çıxış yolu tapmağı yaxşı bacarır. Xüsusilə onun 44 günlük ikinci Qarabağ müharibəsi zamanı həm Ali Baş Komandan kimi əməliyyatlara nəzarət etməsi, həm prezident kimi vaxtaşırı xalq qarşısına çıxıb proseslər barədə birbaşa məlumat verməsi, həm də informasiya müharibəsinin aparıcı qüvvəsi kimi xarici mediaya müsahibələr verərək reallığı çatdırması böhran vəziyyətlərində necə davranılmalı olduğunu əyani şəkildə sübut edir.
İ.Əliyevin məhz indi seçkilərə qatılması həm də gələcək perspektivdə Azərbaycanı gözləyən real təhdidlər baxımından vacibdir. Məsələ ondadır ki, Azərbaycan ərazi bütövlüyünü və suverenliyini təmin etdikdən sonra qlobal aktorların Azərbaycana baxış bucağı da dəyişib. Yəni bu günə qədər edilən təzyiqlər daha çox Qarabağ münaqişəsi və Ermənistan üzərindən idisə, yeni təzyiqlər daha qlobal və dərin olacaq.
İlham Əliyev dövlət başçısı kimi Bakını hədəf alan qlobal aktorların ehtimal təhdidlərini ölkəmizə qarşı yarana biləcək risk faktorlarını ciddi təhlil etmək potensialına və təcrübəsinə malikdir.
Hesab edirəm, YAP-ın İlham Əliyevin prezidentliyə namizədliyini məhz indi irəli sürülməsi yerində, düzgün və partiyanın tarixindəki ən strateji qərardır. İlham Əliyevin seçkidə qələbə qazanacağı isə şübhəsizdir.
Turan Rzayev
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi