29 qanunsuz miqrant yük maşınının gizli saxlanc yerində aşkarlanıb

img

15-12-2023 [10:07]


İpsala Sərhəd Qapısında 29 Suriya vətəndaşı qeyri-qanuni yolla Yunanıstana keçmək istəyərkən saxlanılıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, onlar yük maşınında xüsusi düzəldilmiş gizli saxlanc yerində aşkarlanıblar.

Məlumata görə, alban sürücünün idarə etdiyi yük maşını risk analizi çərçivəsində rentgen müayinəsindən keçirilərkən suriyalı qanunsuz miqrantlar aşkarlanıb: "Gizli saxlanc yerlərindən çıxarılan suriyalılar müvafiq qurumlara təhvil veriliblər, sürücü isə saxlanılıb. İstintaq gedir".

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq