Qəzzada savaş: idman sahəsini təmsil edən 85 nəfər həlak olub

img

15-12-2023 [10:09]


İsrailin İordan çayının qərb sahili və Qəzzəyə etdiyi hücumları idman ictimaiyyətinə də baha başa gəlib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki,7 oktyabr ilə dekabrın 6-sı arasında yaşanan bombardmanlarda idman sahəsini təmsil eədn 85 nəfər həlak olub.

Fələstin Futbol Federasiyasının hazırladığı hesabata əsasən, həlak olanlardan 55-i futbol, ​​30-u isə digər idman növlərini təmsil edən şəxslər olub: 

"Ölənlər arasında hakimlər, futbolçular, klub rəhbərləri, məşqçilər və texniki direktorla və sair sahələri əhatə edənlər var. Bununla yanaşı, İsrail İordan çayının qərb sahilində 4, Qəzzada 5 idman obyektini dağıdıb, 3 idmançını həbs ediblər, 4-nü isə silahla yaralayıblar".

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR