Qəzza zolağında 6-cı dəfə rabitə və internet xidmətləri kəsilib

img

15-12-2023 [09:53]


Oktyabrın 7-də İsrailin hücumlarına başlayandan bəri Qəzza zolağının böyük hissələrində rabitə və internet xidmətləri altıncı dəfədir ki, kəsilib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fələstinin iki telekommunikasiya şirkəti olan "Jawwal" və "Ooredoo" tərəfindən ayrı-ayrılıqda bəyanat verilib.

Bəyanatda dünən gecə saatlarından etibarən Qəzza zolağında rabitə və internet xidmətlərinin tamdayandırldığı qeyd olunub: “Təəssüflə bildiririk ki, İsrailin bombardmanları nəticəsində Qəzza zolağında infrastruktur yenidən sıradan çıxdığı üçün bütün rabitə və internet xidmətləri tamamilə kəsilib. Biz mümkün qədər tez bir zamanda əlaqəni təmin etmək üçün səylə çalışırıq".

Bəyanatda Fələstin xalqına qarşı cinayətkar hücumların dərhal və təcili dayandırılması tələb olunub.

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq