Elmar Vəliyevin də xanım müavini oldu

img

12-06-2014 [23:10]


Gəncə şəhər İcra Hakimiyyətində yeni təyinat olub. 

MİA APA-ya istinadən xəbər verir ki, Gəncə Dövlət Universitetində Musiqi kafedrasının müdiri Sevda Firudin qızı Qurbanəliyeva Gəncə şəhər İcra Hakimiyyəti başçısının ictimai siyasi və humanitar məsələlər üzrə müavini təyin edilib. Bu gün şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev yeni müavini ictimaiyyətə təqdim edib.

Humanitar məsələlər üzrə müavin vəzifəsində çalışan Nizami Sabir oğlu Hacıyev isə şəhər İcra Hakimiyyəti başçısının şəhər təsərrüfatı məsələlər üzrə müavini vəzifəsinə təyin olunub.

Gəncə şəhər İcra Hakimiyyəti başçısının şəhər təsərrüfatı məsələlər üzrə müavini vəzifəsi təxminən iki il idi ki təyinatsız idi.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA