Abşeronda qətl: 29 yaşlı qadın öldürüldü 

img

12-12-2023 [22:59]


Dekabrın 12-də saat 20 radələrində Abşeron rayonu Fatmayı kəndində 1994-cü il təvəllüdlü Rəhimova Arzu Hacıağa qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Mia.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən qadının tanışı 1961-ci il təvəllüdlü Quliyev Eynulla Bəhlul oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR