Naxçıvanda şəhid Zaman Məmmədova həsr olunan filmin təqdimatı keçirilib - FOTOLAR
12-12-2023 [20:40]
Demokratik Azərbaycan Naminə gənclərin İctimai Birliyi - DANİB-in Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirdiyi "Bir ölər, min dirilərik" vətən uğrunda döyüşlərdə şücaət göstərmiş qəhrəmanların tanıdılması layihəsi çərçivəsində hazırladığı 3 filmdən biri olan “Zamana meydan oxuyan Zaman” sənədli filminin təqdimat mərasimi keçirilib.
Mia.az xəbər verir ki, film Prezident İlham Əliyevin Sərəncamı ilə şəhadətindən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, həmçinin, “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Hərbi xidmətlərə görə”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilən Zaman Məmmədova həsr olunub.
Naxçıvan şəhərindəki “Gənclik Mərkəzi”ndə keçirilən tədbirdə dövlət rəsmiləri, millət vəkilləri, şəhid ailələri, qazilər, QHT təmsilçiləri və gənclər iştirak ediblər. Öncə vətən uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və dövlət himni oxunub.
Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman naziri səlahiyyətlərini icra edən, nazir müavini Məcid Seyidov Prezident İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun 44 günlük müharibədə qazandığı şanlı qələbədən söz açıb, döyüşlərdə mərdliklə iştirak edən vətən övladlarının şücaət və qəhrəmanlıqlarından danışıb.
Məcid Seyidov şəhid ailələri və qazilərə göstərilən dövlət qayğısı haqqında məlumat verib, qəhrəmanlarımızın, xüsusi ilə də şəhdlərimizin igidliklərinin tərənnümü istiqamətində görülən işlərdən bəhs edib.
“Demokratik Azərbaycan Naminə” gənclərin İctimai Birliyinin (DANİB) sədri Elməddin Behbud Ali Baş Komandan, prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun əsgər və zabitlərinin fenomenal bacarığı və cəsarəti nəticəsində Qarabağ və Şərqi Zəngəzurun işğaldan zad olunmasınının siyasi və mənəvi əhəmiyyəti barədə danışıb. Elməddin Behbud qəhrəman şəhidlərimizin həyatı və döyüş yolunun gənclərin vətənpərvərlik tərbiyəsində müstəsna rola malik olduğunu, böyük qələbənin gələcək nəsillərin şüurunda silinməz izlər buraxacağını və onlara ali milli dəyərlər aşılayacağını vurğulayıb. DANİB sədri Azərbaycan xalqının çoxəsrlik tarixinə silinməz möhür vuran prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin nəticəsində tezliklə Azərbaycanın qərb ərazilərinin Naxçıvanla birbaşa quru yolunun açılacağına əmin olduğunu deyib.
Dövlətimizin şəhid ailələrinə göstərdiyi qayğıdan məmnunluğunu ifadə edən qəhrəman şəhidimizin atası Habil Məmmədov filmin hazırlanmasında əməyi olan bütün qurumlara və şəxslərə, həmçinin təqdimat mərasiminin iştirakçılarına minnətdarlığını bildirib.
Çıxışlardan sonra toplantı iştirakçıları böyük maraq və həyəcanla “Zamana meydan oxuyan Zaman” adlı sənədli filmini izləyiblər.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi