Bakıda universitetlərdə “şortik“ geyinmək qadağan olundu

img

12-06-2014 [14:38]


ADİU və BDU-da tələbələrə bəzi geyimlər qadağan edilib. Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) oğlan tələbələrə geyimlə bağlı yeni qadağa tətbiq olunub.

Bu barədə Qaynar.info-ya tələbələr məlumat verib.

Onların sözlərinə görə, universitetdə oğlanlara "səndəl", "şәpit" vә ya "şortik" geyinmәyә icazә verilmir.

Tələbələr bildirirlər ki, oğlanlardan fərqli olaraq qızlara belə bir qadağa tətbiq olunmayıb. Ümumiyyətlə sərbəst idman geyiminə görə oğlan tələbələrin universitetə buraxılmaması tapşırılıb. Bunu da "qanun”la əlaqələndirirlər, lakin hansı qanuna istinad edildiyi məlum deyil.

Məlumata görə, eyni qadağa Bakı Dövlət Universitetində (BDU) də tətbiq olunub. Belə ki, adının çəkilməsini istəməyən bir tələbə "səndəl"də olduğuna görə dekan tərəfindən çıxarıldığını, başqa bir tələbənin isə dizdən olan "şortik” geyindiyinə görə imtahana buraxılmadığını bildirib.

Məsələ ilə bağlı adıçəkilən təhsil ocaqlarının da mövqeyini dərc etməyə hazırıq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA