Şirvanda dəhşətli hadisə - 13 yaşlı məktəbli bıçaqlandı

img

11-12-2023 [20:59]


Daxili İşlər Nazirliyi Şirvanda baş verən bıçaqlanma hadisəsi barədə məlumat yayıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Mia.az-a bildirib ki, bu gün saat 18 radələrində Şirvan şəhər sakini, 2009-cu il təvəllüdlü Ü.Ş. aralarında yaranmış mübahisə zəminində tanışı, 2010-cu il təvəllüdlü Ş.A-ya bıçaqla xəsarət yetirib. Sonuncu aldığı xəsarətlərdən Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq Bölməsində araşdırmalar aparılır.

***

Şirvanda 13 yaşlı məktəbli bıçaqlanıb.

Hadisə Şirvan şəhərində qeydə alınıb.

Belə ki, Şirvan şəhər sakini, 2010-cu il təvəllülü Allahverdizadə Şakir Həsənxan oğlu bədəninin kəsilmiş-deşilmiş yaraları ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Onun məktəbli yoldaşı tərəfindən bıçaqlandığı bildirilir.

Faktla bağlı araşdırma aparılır(Report).


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq