Deputat-rektor Aqiyə Naxçıvanlının institutunda rüşvət, tələbələr etiraza qalxıb

img

12-06-2014 [13:22]


Bütün təhsil ocaqlarında yay imtahan sessiyasının başlaması səbəbindən narazılıqlar da pik həddə çatıb. İri təhsil müəssisələrindən gələn xəbərlərdə imtahanlara görə rüşvət tələb olunması hallarının müşahidə olunsa da, əsasən əyalətdəki filiallar və universitetlərdə durumun daha acınacaqlı olduğu diqqəti çəkir.

Artıq bir müddətdir adı saxta diplom və korrupsiya qalmaqalına qarışmış Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialında imtahanlarla əlaqədar yeni yığım dövrü başlayıb. Valideynlərin verdiyi məlumatda deyilir ki, hal hazırda yay imtahan sessiyası ilə əlaqədar sözügedən filialda tələbələrdən 200 manat pul tələb olunur. Bildirilir ki, filial rəhbərliyinin göstərişinə əsasən həmin məbləği verməyən tələbələri bir xeyli əziyyətə salacaqlar. Üstəlik, kəsiri olanları payızda bir qədər də artıq məbləğlər gözləyir.

Bu əsnada gələn xəbərlərdə AMİ-nin Gəncə filialının müəllimləri ilə Gəncə Dövlət Aqrar Universitetindəki həmkarları ilə gizli işbirliyindən də bəhs olunur. JAM.AZ-a çatan bilgilərdə qeyd olunur ki, AMİ-nin sözügedən filialının müəlliməsi Yeganə Əliyeva GDAU-nun müəllimi Arzu İsmayılovun adları saxta şəhadətnamə satışında hallanmağa başlayıb. İddia edilir ki, adları çəkilən şəxslər vətəndaşlara saxta diplomlar satmaqla məşğuldurlar.

Qeyd edək ki, Yeganə Əliyevanın adı bu məsələdə ilk dəfə deyil gündəmə gəlir. AMİ-nin müəlliməsinin adı hələ bir müddət əvvəl də bir neçə vətəndaşa saxta diplom satması məsələsində çəkilib. Belə ki, onun bir neçə il əvvəl Goranboy sakini olan şəxslərdən birinə 13 min manat müqabilində TQDK tərəfindən təsdiq edilmiş diplom satdığı bildirilir. Düzdür, həmin diplomun saxta çıxmasından sonra ortalıq qarışıb və aldadılan şəxs pulunu tələb etməyə başlayıb. Həmin mübahisəli vəziyyət isə bugünədək davam edir.

Qeyd edək ki, Azərbaycan Müəllimlər İnstitutunun rektoru Milli Məclisin deputatı Aqiyə Naxçıvanlıdır.

Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA