Nazir facebookdan danışdı: "Orda bütün fikirlər daha radikal xarakter daşıyır"

img

12-06-2014 [13:15]


Təhsil naziri Mikayıl Cabbarov sosial şəbəkələrdə nazirliyin fəaliyyəti ilə bağlı müzakirələrdən danışıb.

Nazir bildirib ki, internet xüsusi bir məkandır: ”Orda bütün fikirlər daha radikal xarakter daşıyır. Bu yaxşıdır, ya pisdir bu ikinci mövzudur. Bu ona bir işarədir ki, hər bir sosiumun öz fikirlərini hər hansı məhdudiyyət olmadan ifadə edən bir məkan olmalıdır. Azərbaycan demokratik ölkədir. Burada senzura yoxdur. Həmin fikirlər cəmiyyətdə qəbul olumuş əxlaqi normaları və qanunvericilik qaydalarını pozmursa, həmin fikirlərlə tanış olmaq, cavab vermək bizim borcumuzdur. Proses həyata keçirdiyimiz işin nəticəsinə yönəldilməlidir.

Təhsil xüsusi bir sahədir. Burada maraqları olan insanların sayı həddindən çoxdur. Daha yaxşı daha düzgün ünsiyyət rolunu axtarmağa çalışırıq. Biz peşəkar şəkildə verdiyimiz qərarların peşəkar məsuliyyətini də daşıyırıq Hamımızın niyyətimiz eynidir. Yəqin ki biz bunun rolunu fərqli görürük.

Mən dövlət məmuruyam. Təhsil sahəsində həyata keçirdiyimiz iş mütləq şəkildə xalq tərəfindən seçilmiş dövlət başçısının iradəsini əks etdirir. Hansısa işləri bu və ya digər cəhətdən başa çatdıra bilmişiksə, bu bizim nailiyyətimizdir. Başa çatdıra bilməmişiksə, icraçı kimi olan qeyri-mükəmməl yanaşmadan irəli gəlir. Bu məsələyə emosional yox, peşəkar şəkildə baxın. Bundan daha məhsuldar yol görə bilmirəm”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA