12-06-2014 [12:37]
Azərbaycan rayonlarının icra başçıları bir neçə kateqoriyaya bölünür:
1. Qurucu icra başçıları-Az saylı olmalarına baxmayaraq, təyin olunduqları ərazilərdə quruculuq işlərinə önəm verənlər.
2. Ölü icra başçıları- necə gəlib-getdiyi bəlli olmayanlar.
3. Dağıdıcılar- Əlavə şərhə ehtiyac yoxdur.
Ağcabədi rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədov daha çox üçüncü kateqoriyaya aid edilsə də, onun məşhurluğu bu kateqoriyanın daha üst sinifinə aid olduğunu göstərir. Belə ki, Şahin Məmmədovla bağlı internet resurslarında axtarış verərkən, müsbət bir məqam tapmaq üçün uzun-uzadı araşdırmaq gərəkir. Lakin "adam döyən icra başçısı”, "dəmir satan”, "korrupsioner” və s. kəlimələri axtarış verdikdə, Şahin Məmmədovun adı ilk sırada gəlir.
Haqsız da sayılmazlar.
Ağcabədidən Azerinfo.org-a daxil olan məlumata görə, rayon icra başçısı Şahin Məmmədov dövlət büdcəsindən oğurladığı para hesabına Gürcüstanın Batumi şəhərində dəyəri 1 milyon dollar olan dəbdəbəli villa tikdirib.
Məlumat mənbəmiz bildirir ki, icra başçısı villanın tikintisinə nəzarəti yaxın qohumlarından birinı tapşırıb. Məhz həmin yaxın qohum icra başçının villasının tikilməsinə görə, 4 aydan çox Batumi şəhərində qalıb.
Şahin Məmmədovun turizm şəhərindəki villası üçün sadəcə 60 sot torpaq sahəsinə 70 min dollar pul ödədiyi qeyd olunur. İnformasiya mənbəmiz bildirir ki, Şahin Məmmədov Batumidə tikdirdiyi villanı keçən ilin ortalarında Ağcabədi şəhərinin mərkəzi küçələrinin aqlaylanması əməliyyatından əldə etdiyi külli miqdarda qazancdan sonra tikməyə başlayıb. Belə ki, rayonun Alman qəsəbəsinin yerində icra başçısına məxsus beton zavodu və aqlay sexi fəaliyyət göstərir. Ağcabədi şəhər küçələrinin aqlaylanamsında məhz icra başçısının sexinin malları istifadə olunub.
Mənbəmiz qeyd edir ki, 1 kvadrat aqlayın istehsalının maya dəyəri çox ucuz başa gəlsədə Şahin Məmmədov sənədləşdirmələrdə qiymətləri azı 10 dəfə şişirdib. O da bildirilir ki, Şahin Məmmədov həyata keçirdiyi abadlıq, tikinti maxinasiyalarını Ağcabədi şəhər icra nümayəndəsi Aqil Əliyevin əli ilə həyata keçirir. Xatırladaq ki, Ağcabədi şəhər icra nümayəndəsi Aqil Əliyev rayon Suvarma Sistemləri İdarəsinin müdiri Əli Əliyevin oğludur və icra başçısının bütün yeyinti əməliyyatlarında iştirak edən kilid şəxslərdən biridir.
İcra başçısının aqlay və digər abadlıq maxinasiyalarından əldə etdiyi gəlirin 2 milyon manatdan çox olduğu deyilir. Qeyd edək ki, Şahin Məmmədovla Ağcabədi şəhər icra nümayəndəsi Aqil Əliyevin birlikdə həyata keçirdikləri ilginc əməliyyatlarla bağlı redaksiyamıza daxil olan informasiyaları yaxın günlərdə oxucularımıza təqdim edəcəyik.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi