Elmlər Akademiyasında “plagiat ovu” başladı

img

12-06-2014 [12:26]


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İqtisadiyyat İnstitutunda plagiatlıqla bağlı faktın aşkarlanması AMEA-nın digər institut və təşkilatlarında da ciddi araşdırmalara rəvac verib.

AMEA rəhbərliyinin göstərişi ilə artıq bütün bölmələrdə ciddi yoxlamalara başlanılıb. Məlumata görə, AMEA-nın bir sıra institutlarında çalışan alimlərin elmi əsər və məqalələrinin qiymətləndirməsinə qərar verilib.

Qeyd edək ki, AMEA-nın İqtisadiyyat İnstitutunun əməkdaşları professor Ağadadaş Qafarov və dosent İlkin Soltanlının deputat-akademik Ziyad Səmədzadənin "İqtisadiyyat ” qəzetində dərc etdikləri məqalənin rus müəllifindən oğurlandığı üzə çıxıb. Bu səbəbdən institutun direktoru, professor Nazim İmanov fövqəladə iclas keçirərək, İ.Soltanlıya ciddi xəbərdarlıq verib, A.Qafarovu isə elmi qurumdan uzaqlaşdırıb.

AMEA Rəyasət Heyətinin ictimaiyyətlə əlaqələr şöbəsindənModern.az-a bildirilib ki,plagiatlıq faktı aşkarlandıqdan sonra rəsmi məlumat verilə


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA