BMT TŞ Fələstinin xeyrinə 5 qətnamə qəbul edib - Detallar
08-12-2023 [11:33]
Bu gün Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası Fələstin problemi ilə bağlı 5 qətnamə qəbul edib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fələstin Xarici İşlər Nazirliyi açıqlama yayıb.
Bildirilib ki, BMT Baş Assambleyasında Fələstin məsələsi ilə bağlı 5 qətnamə böyük səs çoxluğu ilə qəbul edilib: "Fələstinli qaçqınlara yardım üçün ilkin qərar 168 ölkədən dəstək alıb. Qərara yalnız İsrail qarşı çıxsa da, ABŞ, Uruqvay və Paraqvay da daxil olmaqla, İsrailə şərtsiz dəstək verən 10 ölkə bitərəf qalıb.
Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) fəaliyyəti ilə bağlı qərarı isə 165 ölkə dəstəklədiyi halda, 4 ölkə (ABŞ, Kanada, İsrail və Mikroneziya) əleyhinə, 6 ölkə (Kamerun, Qvatemala, Kiribati, Palau, Papua Yeni Qvineya və Vanuatu bitərəf qalıb.
İşğal olunmuş Fələstin ərazilərində İsrail yaşayış məntəqələri ilə bağlı qərara isə 149 ölkə səs verib. ABŞ, Kanada, İsrail, Macarıstan, Mikroneziya və Nauru əleyhinə çıxıb, 19 ölkə isə bitərəf qalıb.
Fələstinli qaçqınların mülkləri və gəlirləri ilə bağlı qərarı 163 ölkə dəstəklədiyi halda, 5 ölkə (ABŞ, Kanada, İsrail, Mikroneziya və Nauru) əleyhinə səs verib, 9 ölkə isə bitərəf qalıb.
ABŞ, Böyük Britaniya, İsrail, Kanada, Çexiya da daxil olmaqla, Fələstin xalqının və işğal olunmuş ərazilərdə yaşayan digər ərəblərin insan hüquqlarına təsir edən "İsrail təcrübələri"ni araşdırmaq vəzifəsi daşıyan Xüsusi Komitənin işi ilə bağlı qərarı 86 ölkə dəstəkləyib. Macarıstan, Avstriya və Avstraliya daxil 12 ölkə bu qətnamənin əleyhinə səs verib, 75 ölkə isə bitərəf qalıb".
Fələstin Xarici İşlər Nazirliyi bəyanatında qətnamələrin qəbulunun müsbət qarşılandığını bildirib və səsvermədə iştirak etməyən ölkələri “mövqelərini düzəltməyə və haqq yolu olan sağ tərəfdə durmağa” çağırıb.
Bəyanatda Fələstin xalqının iztirablarına son qoyulması, İsrailin Qəzzaya təcavüzünün dayandırılması və atəşkəsin təmin edilməsi üçün təcili tədbirlər görülməsinin vacibliyi vurğulanıb.
Onu da qeyd edək ki, simvolik əhəmiyyət kəsb edən bu qərarlar məcburi xarakter daşımır.
Lamiyə
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi