Ərdoğan və heyəti 6 il sonra yenidən Afinada: "Burada olmaqdan xoşbəxtəm" - YENİLƏNİB
07-12-2023 [14:09]
Bu gün Afinaya rəsmi səfər edən prezident Ərdoğan yunan həmkarı Katerina Sakelaropulu ilə görüşüb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Türkiyə-Yunanıstan Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının 5-ci iclası çərçivəsində Yunanıstanda olan Ərdoğan yunan həmkarı ilə görüşündən əvvəl bunları bildirib: "6 ildən sonra yenidən Afinada olmaqdan çox xoşbəxtəm. Görüş Türkiyə-Yunanıstan Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının Türkiyə ilə Yunanıstan arasında yeni dövrün davam edəcəyinə və daha da güclənəcəyinə inanıram.
Biz bu gün böyük bir nazir heyəti ilə buradayıq. Nazirlərimizin bir-biri ilə, həmkarları ilə çox mənalı və məhsuldar görüşləri olacaq. Məqsəd aramızdakı ticarət həcmini 5,5 milyard dollardan 10 milyard dollara çatdırmaqdır. Bununla bağlı hansı addımları ata biləcəyimizi, hansı sahələrdə nələr edə bilıəcəyimizi müzakirə edəcəyik. Təbii ki, bütün nazir dostlarımız ilkin hazırlıqları görüblər".
Yunanıstan prezidenti Sakelaropulu isə belə deyib: "Faciəli hadisələr (Türkiyədə fevralın 6-dakı zəlzələ, daha sonra Yunanıstandakı yanğınları nəzərdə tutur - MİA.AZ) bizə ortaq cəhətlərimizi göstərə bildi. Bu, hər iki tərəfin insanlıq hissidir. Sadə dillə desək, iki ölkə kimi birlikdə çalışmalı və sülh, firavanlıq əsasında ölkələrimizi irəli aparmalıyıq. Bizim ümumi siyasi iradəmizi həmişəkindən daha çox inkişaf etdirməyimiz vacibdir. Biz müxtəlif məsələlərdə fərqli yanaşmaların olduğunu bilirik. Münasibətləri qoruyub saxlaya bilmək sülhü qoruyub saxlayacaq və onu daha yüksək səviyyəyə qaldıracaq. Cənab Prezident, Sizdən xahiş edirəm ki, sülh arzularımızı dost Türkiyə xalqına çatdırasınız. Yüksək səviyyəli əməkdaşlıq şurasının işinə uğurlar arzulayıram".
***
Dekabrın 7-də Prezident Rəcəb Tayyib Ərdoğan Yunanıstanın paytaxtı Afinaya gəlib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Prezident Ərdoğanı Afina Eleftherios Venizelos beynəlxalq hava limanında Yunanıstanın xarici işlər naziri Yorgos Yerapetritis, Türkiyənin Afina səfiri Çağatay Erciyes və digər əlaqədar şəxslər qarşılayıblar.
Məlumata görə, Ərdoğan Türkiyə-Yunanıstan Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının beşinci iclası çərçivəsində rəsmi səfər edəcəyi Yunanıstanda prezident Katerina Sakelaropulu ilə ikitərəfli görüşündən sonra Baş nazir Kiryakos Miçotakisi qəbul edəcək.
Prezident Ərdoğan Mitsotakis ilə birgə mətbuat konfransından sonra iş yeməyinə qatılacaq.
Ərdoğanın Afinaya səfəri zamanı Türkiyə-Yunanıstan münasibətlərində “qazan-qazan” prinsipi çərçivəsində atılacaq addımlar müzakirə olunacaq. Mübahisəli məsələlərlə bağlı dialoq kanallarını açıq saxlamaq üçün proses müzakirə olunacaq. Müxtəlif sahələrdə əməkdaşlıq üçün zəmin yaratmaq üçün yol xəritəsi yaradılacaq.
Ərdoğanla birlikdə səfərə xarici işlər naziri Hakan Fidan, xəzinə və maliyyə naziri Mehmet Şimşək, daxili işlər naziri Əli Yerlikaya, mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy, milli təhsil naziri Yusuf Tekin, milli müdafiə naziri Yaşar Gülər, ticarət naziri Ömər Bolat, Nəqliyyat və İnfrastruktur Naziri Abdulkadir Uraloğlu, Prezident Administrasiyasının Kommunikasiyalar direktoru Fahrettin Altun, Prezidentin Baş müşaviri, səfir Akif Çağatay Kılıç da gediblər.
Samir Musayev
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi