Sosial şəbəkəni şantaj və qanunsuz reklam bazarına çevirənlər... - Azərbaycanda da onlara qarşı əməliyyat başlaya bilər?
06-12-2023 [10:06]
Bir müddət əvvəl Türkiyədə çirkli pulların yuyulması ittihamı ilə sosial media fenomenləri Dilan Polat və həyat yoldaşı Engin Polat polis tərəfindən saxlanılıb.
Mia.az xəbər verir ki, bundan sonra daha 24 şübhəli fenomen istintaqa cəlb olunub. Onlardan 16-sı barədə həbs-qətimkan tədbiri seçilib. Bundan başqa, istintaqa cəlb edilən fenomenlərin 12-nin əmlakları müsadirə edilib.
Ölkəmizdə də bir çox blogerlərin sosial şəbəkələrdən böyük pullar qazanıb, dəbdəbəli həyat yaşadığı məlumdur. Türkiyədə baş verənlər fonunda, azərbaycanlı blogerlərin də “çirkli pulların yuyulmasında” iştirakı məsələsi aktuallaşıb.
Məsələ ilə bağlı İKT mütəxəssisi Qəşəm Məmmədov Bizim.media-ya açıqlamasında bildirib ki, son illər bəzi insanlar qanunsuz yollarla pul qazanırlar: “Yəni heç bir daimi iş yeri olmayan şəxslər böyük pulların dövriyyəsini həyata keçirirlər. Bu zaman "çirkli pulların yuyulması" da baş verir. Çünki ixtiyari hüquqi və fiziki şəxs gəlirlərini bəyan etməlidir. Üstəlik, istənilən iri həcmli nağdsız əməliyyatlar zamanı daxil olan pulun mənbəyi göstərilməlidir. Amma bəzi adamlar heç bir bəyannamə təqdim etmədən hesabına böyük pullar köçürür, bu pulların xaricdəki ofşor hesablarına köçürülməsinə vasitəçilik edirlər.
Türkiyədə, Rusiyada və başqa ölkələrdəki bəzi sosial media nümayəndələri də hesablarına daxil olan külli miqdarda pulu guya reklam yolu ilə qazandıqlarını deyirlər. Amma hər kəs bilir ki, reklamın da müəyyən qiyməti var. İstənilən blogerin reklam qiyməti hansısa televiziya kanalının reklam tarifindən baha deyil. Bununla belə, bəzi blogerlər iddia edirlər ki, gündə, ayda on minlərlə dollar pul qazanırlar. Təbii ki, bu da reallığı əks etdirmir".
Qəşəm Məmmədov onu da əlavə edib ki, sosial media fenomenlərinin ən böyük fırıldağı böyükhəcmli məbləğləri xaricdəki ofşor hesablara ötürmələridir: “Bu da o deməkdir ki, bəzi fenomenlər işbazlarla əlaqəyə girərək irihəcmli pulların xaricə çıxarılması prosesində iştirak edirlər. Məsələn, yeni qaydalara görə, Azərbaycanda bir nəfər bank hesabından xaricə 10 min dollar həcmində vəsait çıxara bilər. Məbləğ bundan çox olduqda isə qazancın mənbəyi göstərilməlidir. Amma Türkiyədə bu sahədə limit yüksəkdir. Ona görə də sosial media fenomenləri qeyri-leqal gəlirlərdən əldə edilmiş pulların xarici ölkələrə çıxarılmasında iştirakçı olurlar. Yəqin ki, buna görə də müəyyən ödəniş alırlar. Xaricə çıxarılan pulların miqdarı isə böyük rəqəmlərlə ifadə olunur. Bu da təbii ki, cinayət sayılır”.
Onu da qeyd edək ki, Tik-tol-un Azərbaycan şəbəkəsində izləyiciləri çox olan şəxslərin qanunsuz reklamlarla məşğul olması barədə yetərincə faktlar var. Bunun üçün onlaırn səhifələrini monitorinq etmək yetər. Hətta bəzi tiktokerlər şirkətlərarası "çirkin rəqabət"də "çomaq" kimi istifadə ollunurlar...
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi