11-06-2014 [20:16]
Bunu virtualaz.org saytına açıqlamasında plagiat məqalə çap etdirməkdə ittiham olunan AMEA İqtisadiyyat İnstitutunun professoru Ağadadaş Qafarov deyib.
İşdən çıxarılmasından xəbərsiz olduğunu deyən professor hazırda müalicə olunduğunu və bu məsələni geniş şəkildə araşdıracağını söylədi: "İyunun 9-da saat 2-də iclas oldu. Həmin iclasda bu məsələlər müzakirə olundu. İqtisadiyyat İnstitutunun yeni direktoru Nazim İmanov iclasda mənim öz xahişimlə ərizə yazmağımı istədi. Yazmayacağım təqdirdə haqqımda ciddi tədbir görüləcəyini dedi. Nazim İmanov dedi ki, "indi buradan çıx və 15 dəqiqə ərzində ərizə yaz, sən getməlisən, yoxsa mən gedəcəm”. Mən isə günahım olmadığı üçün heç bir ərizə yazmayacağımı söylədim. Həmin iclasda vəziyyətim pisləşdi. Təcili tibbi yardım çağırıldı. Vəziyyətim indi də ağırdır”.
Ağadadaş Qafarov plagiat məqaləni özünə qarşı kampaniyanın bir hissəsi kimi qiymətləndirdi. Professor məqalənin çap olunduğu "İqtisadiyyat” qəzetinin rəhbəri Ziyad Səmədzadə və professor Şahbaz Muradovla arasında olan gərgin münasibətlərdən də danışdı: "Şəmsəddin Hacıyev (İqtisad Universitetinin keçmiş rektoru-red.) məni İqtisad Universitetinə işə götürmək istəyirdi. Həmin vaxt Bədirxan Musayevlə (İqtisad Universitetinin professoru-red.) Şəmsəddin Hacıyev arasında düşmənçilik oldu. Şəmsəddin Hacıyev mənə dedi ki, "mən səni işə götürmək istəyirəm, amma Bədirxan Musayev deyir ki, onu işə götürsən, dünyanı dağıdıram”. Buna baxmayaraq Şəmsəddin Hacıyev məni İqtisad Universitetində işə götürdü. Sonradan Nazim İmanov gəldi, AMEA prezidenti Akif Əlizadənin iştirakı ilə görüş oldu. İclası Akif Əlizadə aparırdı. Akademiyanın vitse-prezidenti İsa Həbibbəyli də iclasda iştirak edirdi.
Mən həmişə demişəm ki, nə qədər ki Şahbaz Muradov bu universitetdə işləyir, bu universitetdə poroblemlər olacaq. Bu adam Vəzirov gələndə onun yanında, Mütəllibov gələndə onun yanında, Heydər Əliyev gələndə isə onun yanında olub. Mən Şahbaz Muradov haqda fikirlərimi iclaslarda da demişəm. Şahbaz Muradov və onun ətrafında olanlar mənə qarşı kampaniya apardı. Mənimlə bağlı baş verənlərtin də hamısı Ziyad Səmədzadə ilə Nazim İmanovun işləridir.
Ziyad Səmədzadə ilə mənim çox ciddi konfliktim olub. Mən 1995-ci Fatma Abdullazadənin (hazırda Prezident Administrasiyası humanitar siyasət məsələləri şöbəsinin müdiridir-red.) vəkili olmuşam. O zaman parlament seçkilərində Ziyad Səmədzadə Fatma xanıma rəqib idi. Mən Ziyad Səmədzadəyə faktlara əsaslanaraq seçici və vəkil kimi 3 sual verdim. Ən ağır ittihamlı sualım 1982-ci ildə Aqanbekyanın 50 illiyinin Bakıda keçirilməsi ilə bağlı idi. Bu yubileyi Ziyad Səmədzadə təşkil etmişdi. Həmin Aqanbekyan Azərbayacan-erməni məsələsi ilə bağlı Fransadakı çıxışı ilə yadda qalmışdı. Uzun zaman sonra Ziyad Səmədzadə ilə görüşümüz olub. O, mənə dedi ki, səni bir alim kimi tanıyıram, hörmət edirəm, yəni köhnə məsələləri unudaq. Mənim Ziyad Səmədzadənin qəzetində 10 ildir yazım getmir. Sonradan necə olur ki, həmin qəzetdə yazım çıxır?! Ancaq mənim bundan xəbərim yoxdur. Mənim AMEA-nın Elmi Şurasından uzaqlaşdırıldığım iclasda Ziyad Səmədzadə Elmi Şuraya üzv seçildi”.
Profesor ona qarşı irəli sürülən ittihamlara görə yeni təyin olunan direktor Nazim İmanovun da məsuliyyət daşıdığını bildirdi.
Mia.az-a açıqlama verən və adının Ağadadaş Qafarovla eyni yazıda hallanmasını qətiyyən istəməyən tanınmış elm adamlarından biri isə deyib ki, Ağadadaş Qafarov ən qalmaqallı elm adamlarından olub. Onun haqqında mətbuatda və Daxili İşlər Nazirliyinin açıqlamalarında dələduzluq əməliylə bağlı hallar da az olmayıb. İndisə o, İqtisad Universitetinin keçmiş rektoru, deputat Ş.Hacıyevlə sonradan yaranan dostluğundan başlayıb, bir çoxlarına böhtan atmaqla məşğuldur: "Halbuki, o, Şəmsəddin Hacıyevlə əvvəllər elə universitetdə əlbəyxa dava eləmişdı. Amma müəyyən müddət sonra Ağadadaş Qafarov deputatın "çətir"i altına sığınaraq, özünə yeni karyera qurmağa nail oldu. Digər məsələlərdə də sizi əmin edirəm, o, növbəti dəfə yalan danışır. Durub Şahbaz Muradov, Bədirxan Musayev və Nazim İmanov haqqında ağzına gələni deyir. Halbuki, o, bu adamlar haqqında əvvəl başqa cür təriflər deyirdi. Bir sözlə, onun kimi adam elm ocağında təmsil olunmağa layiq deyil. Məqamı gələrsə, onun bütün əməllərini açıqlayaram".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi