50 ildir “gizlənən” supergüc düyməyə basdı – Rusiya üçün ağrılı ssenari (TƏHLİL)
04-12-2023 [15:41]
Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron deyib ki, Rusiya Prezidenti Vladimir Putin Ukraynada dayandırılmasa, daha çox şey əldə edəcək.
Kemeronun sözlərində həqiqət olsa da, bütünlüklə reallığı əks etdirmir.
Düzdür, Ukraynadakı müharibə kiçik uğurla belə Moskvanın xeyrinə yekunlaşsa, Rusiya bundan cəsarətlənəcək. Lakin Kremlin yenidən dünyaya meydan oxuması, habelə hansısa ölkəyə müdaxiləyə cəhd etməsi asanlıqla və tez baş tutmayacaq. Məsələ ondadır ki, müharibə iki ildən artıqdır davam edir və Rusiya bu savaşda hərbi, iqtisadi-siyasi itkilərə məruz qalıb. Yəni Kremlin ehtimal zəfəri belə “Pir qələbəsi”ndən başqa bir şey olmayacaq. Buna görə də London təklif edir ki, Qərb Putini Ukraynada dayandırsın.
Böyük Britaniya son 300 ildə dünya siyasi sisteminə yön verən supergüc olub. Son 50 il ərzində isə prosesdən kənarda qalıb. Daha doğrusu, proseslərə pərdəarxasından müdaxilə ilə kifayətlənir. Lakin son illərdə rəsmi London dünya siyasi proseslərinə yenidən aktiv şəkildə müdaxilə etməyə başlayıb. Rusiya-Ukrayna müharibəsinə isə xüsusi diqqəti var.
Böyük Britaniya Birinci Dünya müharibəsi nəticəsində siyasi arenadan Osmanlı kimi köklü bir dövləti silsə də, Rusiyada buna nail ola bilmədi. Rusiya İmperiyası özünü SSRİ ilə əvəzlədi, daha da qüdrətli oldu. SSRİ süqut etdikdən sonra özünü onun varisi kimi təqdim edən Rusiya Federasiyası kifayət qədər güclü və qüdrətli idi. Yəni Böyük Britaniya indi yeni nizam qurmaq istəyirsə, Rusiyanı parçalayaraq kiçiltməli, ya da hakimiyyətdəki elitanı dəyişməlidir.
D.Kemeronun dediyi kimi, “Dünyanın əvvəlki vəziyyətinə qayıdacağına ümid etməyin mənası yoxdur”. Yəni rəsmi London Kreml üçün yenilənmə planını aktivləşdirib. Rusiya Ukraynada istədiklərini ala bilməsə də, onu tam məğlub etmək mümkün deyil. Kreml əlindəkiləri qorumaq, müharibəni bu reallıqlarla bitirmək istəyir. Bundan başqa, Moskva Qərb blokunda çat yaratmağı da bacarıb. Belə ki, Qərbdə Rusiya-Ukrayna müharibəsinin gələcəyinə dair yanaşma birmənalı deyil. Müharibənin uzanması Qərb blokunda fikir ayrılıqlarını günbəgün dərinləşdirir.
Bu mənada D.Kemeronun sözügedən ifadələri əslində həm də Kollektiv Qərb üçün xəbərdarlıqdır.
Turan Rzayev
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi