AMEA müxbir üzvü Nuru Bayramov İnönü Universitetinin fəxri doktoru seçilib
04-12-2023 [13:49]
Azərbaycan Tibb Universitetinin (ATU) I Cərrahi xəstəliklər kafedrasının müdiri, AMEA müxbir üzvü, professor Nuru Bayramov İnönü Universitetinin fəxri doktoru seçilib.
Mia.az xəbər verir ki, Nuru Bayramova fəxri doktor diplomunu İnönü Universitetində bu ali təhsil ocağının rektoru, prof. Ahmet Kızılay təqdim edib.
Rektor qeyd edib ki, Azərbaycan Tibb Universiteti ilə İnönü Universiteti və Qaraciyər Nəqli İnstitutu arasında əlaqələr iki qardaş ölkə arasındakı əməkdaşlığın ən müsbət örnəklərdən biri hesab oluna bilər.
Qurumlar arasındakı əlaqələrin 2010-cu ildən başlandığını qeyd edən prof. A.Kızılay Qaraciyər Nəqli İnstitutunun direktoru, prof. Sezayi Yılmazın komandasının Nuru Bayramovla Azərbaycanda qaraciyər transplantasiyası həyata keçirməyə başladığını vurğulayıb. O, 2012-ci ildə İnönü Universitetinin sabiq rektoru, prof. Cəmil Çiçək ilə akademik Əhliman Əmiraslanov arasında müqavilə bağlandığını xatırladıb, 2018-ci ildə Bakıya gələrək ATU-nun rektoru, prof. Gəray Gəraybəyli ilə görüşdüyünü, müqavilələrin yeniləndiyini və əlaqələrin inkişafı üçün imkanların daha da genişləndiyini diqqətə çatdırıb.
Professor Nuru Bayramov çıxışında ona göstərilən dərin ehtirama görə universitet kollektivinə təşəkkürünü bildirib. O, hazırda İnönü Universiteti və Qaraciyər Nəqli İnstitutu ilə əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayaraq elmi və praktik əməkdaşlığın da təqdirəlayiq formada davam etdiyini qeyd edib. Nuru Bayramov prof. Sezayi Yılmazın və özünün həmsədrliyi ilə 2015-ci ildən başlayaraq hər il fevral-mart aylarında Bakı-Malatya Transplantasiya Günləri adlı beynəlxalq konfransların keçirildiyini bildirib.
Qeyd edilib ki, Qaraciyər Nəqli İnstitutu və Azərbaycan Tibb Universitetində qaraciyər transplantasiyası üzrə mikroelementlər, mikro-RNA-lar, histonlar və transplantasiyadan sonra reproduktiv funksiya mövzularını əhatə edən 4 doktorluq dissertasiyası tamamlanmış və ya tamamlanmaq üzrədir.
Nuru Bayramov hər il Qaraciyər Nəqli İnstitutunda qaraciyər transplantasiyası üzrə beynəlxalq tədris kurslarının keçirildiyini, kurslarda gənc transplantaoloqlara, o cümlədən tibb bacılarına transplantasiya üzrə nəzəri və praktik tədris verildiyini diqqətə çatdırıb. Həmçinin bu kursların birində eyni gündə 5 canlı qaraciyər transplantasiyası yerinə yetirildiyini və bu hadisənin Ginnesin Rekordlar Kitabına düşdüyünü xatırladıb. Bildirib ki, bu kurslarda Azərbaycan Tibb Universitetinin bir neçə əməkdaşı da iştirak edib.
Azərbaycanlı alim əlavə edib ki, indiyədək ölkəmizdən olan 15 nəfərdən çox həkim və tibb bacısı Qaraciyər Nəqli İnstitutunda 1-12 ay müddətində ixtisasartırma kursu keçmişdir. Hər həftənin 1-ci günü Malatya, Kaliforniya və Bakıdan olan cərrahlar, transplantoloqlar, radioloqlar, invaziv radioloqlar, radioterapevtlər, onkoterapevtlər, patoloqlar və rezidentlərin iştirakı ilə “Qaraciyər Törəmələri” Konqresi keçirilir.
Professor Nuru Bayramovun sözlərinə görə, Azərbaycan Tibb Universitetinin 90 illiyinə həsr olunmuş konfransda, Əziz Əliyevin yubileyində, Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konfransda İnönü Universitetinin əməkdaşları fəal iştirak edərək, maraqlı çıxışlar etmişlər. 2022-ci ildə Qaraciyər Nəqli İnstitutunun direktoru, professor Sezayi Yılmaz Azərbaycan Tibb Universitetinin Elmi Şurası tərəfindən “Qonaq professor” fəxri adına layiq görülüb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi