İlham Rəhimovun yeni kitabı Azərbaycan dilində çap olundu

img

11-06-2014 [16:46]


Azərbaycanın əməkdar hüquqşünası, hüquq elmləri doktoru, professor İlham Rəhimovun yeni çapdan çıxmış "Filosofiya prestupleniya i nakazaniya” ("Cinayət və cəzanın fəlsəfəsi”) adlı növbəti kitabı Azərbaycan dilinə tərcümə edilib. Kitab Azərbaycan dilində Bakı şəhərində, "Şərq-Qərb” Nəşriyyat Evi tərəfindən çap edilmişdir.
Nəfis şəkildə nəşr olunmuş kitabda cinayət hüququnun cinayət və cəza ilə bağlı olan başlıca problemləri tədqiq edilmiş, cinayətin mənbəyi, cəzanın mahiyyəti, cinayətkarlığın, cəzalandırmanın gələcək məsələləri haqqında geniş şərh verimişdir. Kitab hüquq üzrə ali məktəblərin tələbələri, magistr və doktorantları, müəllimləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, cinayət hüququ sahəsində ixtisaslaşan nəzəriyyəçilər və praktiki fəaliyyətlə məşğul olan mütəxəssislər, eləcə də, filosoflar, sosioloqlar, psixoloqlar və cinayətkarlıqla mübarizə problemi ilə maraqlanan oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
Kitabı daha sanballı edən və dəyərini artıran cəhətlərdən biri də müqəddəs kitabımız olan Qurani-Kərimdəki İlahi kəlamlardan bacarıqla istifadə edilməsidir. Kitabın elmi redaktoru Azərbaycan Elmlər Akademiyasının şöbə müdiri, Rusiya Federasiyası Avrasiya İnzibati Elmlər Akademiyasının müxbir üzvü, fəlsəfə elmləri doktoru Sakit Hüseynovdur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA