Səlim Müslümovdan yeni təyinat, nazir aparata şöbə müdiri gətirdi

img

11-06-2014 [16:18]


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində kadr dəyişikliyi olub. Saday Abdullayev Nazirliyin Aparatının Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri vəzifəsinə təyin olunub. 

Bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri müvafiq əmr imzalayıb. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev məlumat apa-ya təsdiqləyib. Onun sözlərinə görə, Saday Muraday oğlu Abdullayev 1975-ci ildən müxtəlif səhiyyə müəssisələrində həkim kimi fəaliyyət göstərib. Son 8 ilə yaxın dövr ərzində əvvəlcə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Əlillərin sosial müdafiəsi siyasəti şöbəsində baş məsləhətçi, sonralar isə şöbənin müdir müavini-tibbi sosial ekspertiza və əlillərin reabilitasiyası məsələləri sektorunun müdiri vəzifələrində çalışıb.

Xatırladaq ki, bir qədər öncə ƏƏSMN-nin Aparatının Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri Vüqar Həsənov Nazirliyin Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzinin direktoru təyin edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA