"Azercell Telecom" BMT-nin Qlobal Sazişinə qoşulub
01-12-2023 [12:29]
Mobil operator Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi istiqamətində çalışacaq
“Azercell Telekom” MMC böyük məmnuniyyətlə Birləşmiş Millətlər Təşkilatının (BMT) Qlobal Sazişinə üzv qəbul olunduğunu elan edir.
Mia.az xəbər verir ki, mobil operator Davamlı İnkişaf Məqsədləri (DİM) və sosial məsuliyyət siyasətlərin qəbulu və onların həyata keçirilməsinə öz töhfəsini verəcək. BMT Baş Katibinin köməkçisi və BMT Qlobal Sazişinin İcraçı Direktoru Sanda Ojiambo salamlama məktubu vasitəsilə “Azercell Telekom” MMC-ni bu təşəbbüsdə iştirakı münasibətilə təbrik edib.
BMT-nin təşəbbüsü ilə 2000-ci ildə əsası qoyulmuş “Qlobal Saziş” 160-dan çox ölkədə 20 mindən artıq biznes və qeyri-biznes tərəfdaşlarını bir araya gətirən dünyanın ən böyük korporativ dayanıqlılıq şəbəkəsidir. “Qlobal Saziş” üzvlərinin əsas məqsədi öz strategiya və fəaliyyətlərini beynəlxalq səviyyədə qəbul edilmiş insan haqları, işçi hüquqları, ətraf mühitin qorunması ilə bağlı prinsiplərinə və “Dayanıqlı inkişaf üzrə 2030 Gündəliyi”nə uyğunlaşdırmaqdır.
Mobil infrastrukturunu yüksək texnologiyalar əsasında quran, Korporativ Sosial Məsuliyyət strategiyası sağlam dəyərlərə əsaslanan, ölkədə biznes ekosisteminin inkişafına daima dəstək verən “Azercell Telekom” innovativ həllərin tətbiqi ilə insanların həyat keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırmağı hədəfləyir. Lider mobil operator öz şəbəkəsini ölkə boyunca genişləndirir və “yaşıl” texnologiyalar tətbiq edir. Qeyd edək ki, bu cür təşəbbüslər ekoloji maarifləndirmənin təşviqinə və Azərbaycanın davamlı inkişaf hədəflərinə çatmasına kömək edir.
BMT-nin Qlobal Sazişinə qoşulmaqla, “Azercell Telekom” insan hüquqları, ətraf mühit, anti-korrupsiya və əmək hüquqları sahəsində qlobal əlaqəni gücləndirərək BMT-nin ixtisaslaşmış agentlikləri ilə sıx əməkdaşlıq nəticəsində innovasiyalara əsaslanan möhkəm, inklüziv və dayanıqlı infrastruktur yaratmağa və onu təşviq etməyə çalışacaq.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi