Naxçıvanda müharibə vəziyyəti: həyəcanlı xəbərlər gəlir

img

11-06-2014 [15:17]


Müdafiə Nazirliyi Naxçıvan Muxtar Respublikası Culfa rayonunun Ləkətağ kəndinin ermənilər tərəfindən atəşə tutulmasına aydınlıq gətirib.

"Müdafiə Nazirliyi rəsmi olaraq bildirir ki, yayılan məlumatların heç bir əsası yoxdur və yalandır”. Bu barədə Simsar.az-ın sorğusuna cavab olaraq Nazirlikdən məlumat verilib.

Bildirilib ki, hazırda bu istiqamətdə vəziyyət sabitdir və əməliyyat şəraiti Silahlı Qüvvələrin tam nəzarəti altındadır.

Xatırladaq ki, Naxçıvan Muxtar Respublikası Culfa rayonunun Ləkətağ kənd sakinlərinin Simsar.az-a verdiyi məlumata görə, ermənilər rayonun Ləkətağ kəndini atəşə tutublar. Verilən xəbərə görə, kənd sakinləri qonşu kəndlərə köçmək məcburiyyətində qalıblar.

Avropa.info məlumat verir ki, yerli sakinlərin verdiyi məlumata görə, hazırda əraziyə Azərbaycan ordusuna məxsus 4 qırıcı və tanklar cəlb olunub. Qırıcılar Ləkətağ kəndinin üzərində dövrə vurur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA