Qəzzada daha iki ev bombalandı: 5 nəfər ölüb, xeyli yaralı var

img

01-12-2023 [10:26]


Qəzzada daha iki ev bombalanıb, xeyli sayda ölən və yaralananlar var.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, İsrailin Qəzza zolağının mərkəzində yerləşən Əl-Meqazi Qaçqınlar Düşərgəsindəki bir evi hədəf alması nəticəsində 1 fələstinli ölüb, 4 nəfər yaralanıb.

Bundan əlavə, İsrail ordusu Rəfah şəhərinin mərkəzində daha bir evi vurub: "Nəticədə 4 nəfər ölüb, çoxlu sayda insan yaralanıb. Hücum zamanı ölən və yaralananlar Əbu Yusur ən-Nəccar xəstəxanasına gətirilib".

Məlumatda o da bildirilib ki, Qəzza şəhərinin şimal-qərbindəki Ən-Nəsr rayonunda “Ən-Nəsr” və “Rantisi” xəstəxanaları ətrafında İsrail qüvvələri ilə fələstinli qruplar arasında toqquşma olub.

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR