Rəşid Behbudovun xatirə gecəsi

img

11-06-2014 [12:56]


Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında unudulmaz, sənətkar, görkəmli müğənni, SSRİ Xalq artisti Rəşid Behbudovun xatirə gecəsi keçirilib.

Sənətkarın adını daşıyan 2 saylı Onbirillik musiqi məktəbinin şagirdləri öz çıxışları ilə dahi müğənnini yad ediblər.

Konserti məktəbin xalq çalğı alətləri orkestrinin şagirləri açaraq rəngarəng musiqi nümunələri ilə çıxış etmişlər. Konsert proqramına Üzeyir Hacıbəylinin, Tofiq Quliyevin, Vasif Adıgözəlovun, Emin Sabitoğlunun, Hazim Rzayevin əsərləri ilə yanaşı bir sıra Avropa və rus bəstəkarlarının da əsərləri daxil edilib.

Konsertdə məktəbin şagirdləri fortepiano, tar, kamança, skripka, fleyta, gitara alətlərində ifa etmiş, konsertdə Respublika müsabiqələri laureatları və diplomantları, Prezident təqaüdçüsü, həmçinin məktəbin skripkaçalanlar ansamblı iştirak etmişlər. Eyni zamanda 2013 " Uşaq Euravision " mahnı müsabiqəsinin iştirakçısı Rüstəm Kərimovun vokal və instrumental ifası təqdim edilib.

Konsertin sonunda məkltəbin məzunu gənc vokalçı Sadıq Məlikovun ifasında ölməz sənətkar Rəşid Behbudovun repertuarından təqdim olunan musiqi nömrələri tamaşaçılar tərəfindən böyük maraqla dinlənilib.

Sonda Rəşid Behbudovun ifasında "Azərbaycan” mahnısı səsləndirildi və zalda əyləşən bütün qonaqlar ayağa qalxaraq musiqi sədaları altında unudulmaz sənətkarın xatirəsini yad etdilər.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA