11309 şagird buraxılış imtahanından 2 aldı

img

11-06-2014 [11:27]


Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının iyunun 8-də Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun orta ümumtəhsil müəssisələrinin 9-сu sinif şagirdləri üçün keçirdiyi buraxılış imtahanında 4808 şagird "Ana dili", 6501 şagird isə "Riyaziyyat" fənnindən "iki" qiyməti alıb.

Komissiyadan verilən məlumata görə, buraxılış imtahanında 39 731 nəfər IX sinif şagirdi iştirak edib. Onların 6728-i "Ana dili", 9052-si "Riyaziyyat" fənnindən "beş" qiyməti alıb. Şagirdlərin 11 057-si "Ana dili", 9393-ü "Riyaziyyat" fənnindən "dörd", 17 138-i "Ana dili", 14785-i "Riyaziyyat" fənnindən "üç" qiyməti alıb.

Ümumilikdə imtahan zamanı müxtəlif binalarda 23 şagird müxtəlif qayda pozuntularına yol verdiklərinə, mobil telefonla imtahan binasına keçməyə cəhd, imtahanın gedişinə mane olma və köçürməyə cəhd etdiklərinə görə imtahandan xaric edilib. Onların nəticələri ləğv olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA