Gəncədə axşam fəlakəti: nəqliyyat dayandı, evləri su basdı

img

11-06-2014 [00:58]


Bu gün axşam saatlarında Gəncədə əsən güclü külək fəsadlar törədib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, leysan yağışla müşayiət olunan qasırğa şəhərin mərkəzi küçələrində bir neçə ağac aşırıb, bəzi evlərin dam örtüyünə zərər yetirib, şəhərin elektrik təchizatında problemlər yaranıb.

 

Gəncənin Heydər Əliyev prospektində 4 nəfər güclü küləyin nəticəsində aşan ağacın altında qalıb. Hadisə nəticəsində xəsarət alan şəxslər Gəncə şəhərinin Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

 

Yolun digər hissəsində ağac aşaraq 2 avtomobilin üstünə düşüb. Qeyd olunan fəsadlar nəticəsində nəqliyyatın hərəkətində maneələr yaranıb. Bundan başqa yağmaqda davam edən güclü yağış nəticəsində bir neçə evi su basıb. 

 

Məlumata görə, şəhərin əksər hissəsində enerjinin verilişi dayandırılıb. Aidiyyəti qurumlar qasırğanın fəsadlarının aradan qaldırılması istiqamətində tədbirlər görür.    


Mia.az-a verilən məlumata görə, güclü yağan yağış suları kanalzasiya xətlərinin bərbadlığından bəzi fərdi yaşayış evlərinin də yenidən su basmasıyla nəticələnib.  


Gəncədən aldığımız məlumata görə, bu dəqiqələrdə şəhər rəhbərliyi ərazidə baş verən dağıntı və digər problemlərin həlli ilə məşğuldurlar. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA