10-06-2014 [23:45]
Onlar ölkənin birinci xanımları sayılırlar və onlar seçilmirlər, seçilənlərə arxa, dayaq, kömək olurlar. Siyasi müstəvidəki mübarizələrin yorğunluğundan, birinci kürsünün sahibinin uğurlarından onlara da pay düşür. Yəqin ki, dünyanın bu çalxalanan dönəmində bütün bunlara qarşı tablı, dözümlü olmaq bir o qədər də asan deyil.
Modern.azsaytı birinci xanımların məşğuliyyətləri barədə yazını təqdim edir.
Dövlət başçısının xanımı statusunu daşımaq şərəfli olduğu qədər həm də məsuliyyətlidir. Ən azı ona görə ki, birinci ledilər daim ictimaiyyətin, xüsusilə gə kütləvi informasiya vasitələrinin diqqət mərkəzində olurlar. Bəs diqqət mərkəzində olan birinci xanımların fəaliyyəti, əsas məşğuliyyəti nədən ibarətdir?
Azərbaycanın birinci xanımıMehriban Əliyevanınçoxsahəli fəaliyyəti təkcə yerli mətbuatın deyil, həm də dünyanın ən populyar kütləvi informasiya vasitələrinin daim diqqətindədir. 1995-ci ildə Mehriban Əliyevanın təşəbbüsü ilə hazırda rəhbərlik etdiyi "Azərbaycan Mədəniyyətinin Dostları Fondu” təsis olunub. Birinci ledi həmçinin 1996-cı ildə "Azərbaycan-İrs” jurnalını təsis edib. Mehriban Əliyeva Azərbaycan Gimnastika Federasiyasının prezidentidir. Azərbaycanın birinci xanımı Heydər Əliyev Fonduna rəhbərlik edir. O, UNESCO və İSESCO-nun xoşməramlı səfiridir. Millət vəkili Mehriban Əliyeva irihəcmli layihələrin təşəbbüskarı və təşkilatçısı kimi tanınır. Azərbaycanın birinci ledisi beynəlxalq təşkilatlar tərəfindən ciddi və işgüzar ictimai xadim kimi qəbul olunur. O, həm Azərbaycanın, həm də bir sıra xarici dövlətlərin yüksək mükafatları ilə təltif olunub. Mehriban Əliyeva 1983-cü ildə Azərbaycanın hazırkı prezidenti İlham Əliyevlə ailə həyatı qurub. Xanım Əliyeva ixtisasca həkimdir.

Amerika Birləşmiş Ştatlarının birinci ledisi, 44-cü prezident Barak Obamanın həyat yoldaşıMişel Obamaictimai fəallığı ilə təkcə öz ölkəsində deyil, dünyada kifayət qədər tanınmış xanımlardan biridir. Xanım Obamanın çoxsahəli fəaliyyəti ölkə vətəndaşları tərəfindən yüksək qiymətləndirilir. Mişel Obamanın fəaliyyətində daha çox diqqət çəkən məqamlardan biri onun sağlam həyat tərzi və sağlam qidalanma ilə apardığı təbliğatdır. O amerikalılara daha çox tərəvəzlərdən istifadə etməyi və idmanla məşğul olmağı tövsiyə edir. Birinci ledi bu təbliğatda yalnız nəzəri fikirlərini söyləmir, o özü Ağ Evin ərazisindəki bağa qulluq edir, idman meydançasında etdiyi məşqlərini nümayiş etdirir. Qeyd edək ki, Mişel Obama Amerika tarixində ilk qaradərili birinci xanımdır. Mişel Obama ixtisasca hüquqşünasdır.
Uzun müddət Rusiyanın birinci xanımı statusunu daşıyan prezident Vladimir Putinin sabiq həyat yoldaşıLyudmila Şkrebneva(Putina) özünü ictimaiyyətə çox da geniş təqdim etməyib. Ancaq buna baxmayaraq sabiq birinci xanım ictimai həyatda digərlərindən heç də geri qalmayıb.
"Rus dilinin inkişafı mərkəzi”nin təsisçisi olan xanım Putina həm də həmin mərkəzə rəhbərlik edir. Bir çox dillərdə, alman, fransız, ispan dillərində sərbəst danışan Lyudmila Putina teatra, musiqiyə, idman növlərindən tennisə xüsusi maraq göstərir. O, Rusiyada keçirilən bir çox xeyriyyə layihələrinin təşəbbüskarı olub. Gənclik illərindən zəhmətə qatlaşmağı sevən Putinanın əmək kitabçasında poçtalyon, sanitar, hətta styuardessa kimi işlərdə çalışdığı göstərilir. Lyudmila Putina ixtisasca filoloqdur.
Marina Poroşenkobirinci ledi statusunu yenicə qazanıb. 1962-ci ildə Kiyev şəhərində anadan olan xanım Poroşenkonun atası uzun illər Ukraynada səhiyyə nazirinin müavini postunda çalışıb. Kiyev Tibb İnstitutunu bitirən birinci ledi ixtisasca kardioloqdur və tibb elmləri namizədidir. Müsahibələrinin birində ailə qurmasının tarixçəsindən danışan Marina Poroşenko qeyd edib ki, tələbəlik illəri dövründə Kiyev Dövlət Universitetində təhsil alan Pyotr Poroenko ilə tanış olduqda ilk baxışdan ona vurulub və bir il sonra evləniblər. Qeyd edək ki, Marina Poroşenko prezident Poroşenkodan üç yaş böyükdür. Hazırda Marina Poroşenko Pyotr Poroşemkonun adını daşıyan Xeyriyyə Fonduna rəhbərlik edir.
Şimali Koreyanın 25 yaşlı birinci xanımıLi Sol Çjuilk dəfə 2012-ci ildə həyat yoldaşı Kim Çen Inla kütlələr arasında görünüb. Buna qədər Şimali Koreyada dövlət başçılarının xanımları haqqında heç bir məlumat verilməyib. Hətta onlar üzdən də tanınmayıb. Li Sol Çju haqqında ölkə vətəndaşları olduqca az məlumatlıdırlar. Ancaq bir məsələ aydındır ki, birinci xanım olduqca güclü xarakterə malikdir və artıq bütün dövlət tədbirlərində Kim Çen Inın yanında olur. Li Sol Çju əvvəlki birinci ledilərdən fərqli olaraq öz zəngin geyimlərini və həyat tərzini nümayiş etdirməkdən çəkinmir. Kim Çen In öz həyat yoldaşını ilk dəfə televizorda görüb. 2010-cu ilin dekabrın 31-də bayram münasibətilə hazırlanmış konsert televiziya vasitəsi ilə canlı yayımlananda milli orkestrdə çıxış edən Li Sol Çju Kim Çen Inın xoşuna gəlib. Cənubi Koreya mətbuatının yazdığına görə Li Sol Çju rəqqas və müğənnidir.
Estoniyanın birinci xanımıEvelin İlvesəsasən sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Birinci xanımın sevdiyi məşğuliyyət bağçılıq, mətbəx və tikiş işləridir. Evelin İlvesin tikdiyi bəzi paltarlar xeyriyyə hərraclarında satışa da çıxarılır.
Yerli mətbuatın yazdığına görə xanım İlves həddindən artıq bədxərcdir. Birinci ledi Estoniyanın prezidenti Toomas Xendrik İlvesin ikinci həyat yoldaşıdır. Evelin İlves ixtisasca tibb mütəxəssisidir.
Afrikada birinci dəfə QİÇS xəstəliyinə qarşı mübarizə mərkəzinin yaradılması Kamerunun birinci xanımıŞantal Biyanınadı ilə bağlıdır. Bununla yanaşı Şantal Biya Kamerunda bir neçə xeyriyyə fondlarının yaradılmasına nail olub. Kamerunda birinci ledini fərqləndirən çəhətlərdən biri də onun saç düzümüdür. Xanım Biya qeyri-adi saç düzümü ilə rəsmi görüşlərdə və qəbullarda qonaqları təəcübləndirməyi bacarır. Birinci xanım həyat yoldaşı Kamerun prezidenti Pol Biyadan təxminən 40 yaş kiçikdir. Yarıfransız olan Şantal Biya şopinq üçün tez-tez Fransaya səfər edir.
Suriyanın birinci xanımıƏsma Əsəd1975-ci ildə Londonda anadan olub. Londonda kompüter texnologiyaları və fransız ədəbiyyatı ixtisasları üzrə təhsil alıb. 2000-ci Suriyaya gələn Əsma Əsəd həmin il Suriya prezidenti Bəşər Əsədlə ailə həyatı qurub. Yüksək intellekt sahibi olan Əsma Əsəd yerli kütləvi informasiya vasitələrində tez-tez çıxış edir. Qapısı jurnalistlər üçün həmişə açıq olan birinci ledi baş verən hadisələri məntiqlə və inandırıcı şəkildə təhlil etmək bacarığına malikdir.
Cənubi Afrika Respublikasındabirinci xanımların sayı bir neçə nəfər olduğuna görə onların məşğuliyyətindən də baş açmaq çətindir. Prezident Ceykob Zumanın səkkiz həyat yoldaşı var. Onlardan beşi rəsmidir. Deməli bu ölkənin birinci xanımlarının sayı beşdir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi