Roma Papası və Baş redaktoru güllələyən məşhur Mehmet Ali Ağca reketlikdə ittiham olunur - "Başqasının mülkünü ələ keçirib" - Məhkəmə
28-11-2023 [11:43]
1 fevral 1979-cu ildə “Milliyet” qəzetinin baş redaktoru Abdi İpəkçiyə silahlı sui-qəsdlə öldürən, 1981-ci il mayın 13-də Papa II İohann Pavelin əlindən və qarnından güllələyən məşhur Mehmet Ali Ağca Türkiyədə - İstanbulda yenidən hakim qarşısına çıxarılıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu dəfə o, "reketlik", təhdid və özgə əmlakı hədə-qorxu ilə ələ keçirməkdə ittiham olunur.
Məlumata görə, o, bir qrup şəxslə birgə İstanbulda başqasının 3 otaqlı mənzilini uşaqlarını, ailəsini ölümlə hədələməklə qızının adına keçirməyə nail olub.
Məhkəmədə aydın olub ki, borcları qarşılığında 2021-ci ildə Bahçelievlerdə mənzil alan Gökhan Soylu adlı şəxs aralarında Mehmet Ali Ağcanın da olduğu 5 nəfər tərəfindən "razborka"ya çağırılıb.
"Razborka"da Ağca Soylunu uşaqları ilə təhdid edib: "Gökhan Soylu hadisədən qorxduğu üçün evi Mehmet Ali Ağcaya təhvil verib. Ev Ağcanın qızının adına sənədləşdirilib. İllər sonra isə Soylu hadisə ilə bağlı şikayət edib".
Xəbərdə deyilir ki, şikayətdən Ağca ilə bərabər 5 nəfərə cinayət işi açılıb.
Bakırköy 24-cü Ağır Cəza Məhkəməsində keçirilən iclasda müttəhimlər Gökhan Erdal, soyadını sonradan "Aslan" olaraq dəyişdirən Mehmet Ali Ağca, Muhittin Erdal və Reyhan Erdal iştirak etsə də, Ahmet Çetin qatılmayıb.
İclasda Ağca çııxş edəərk, ittihamı qəbul etmədiyini deyib: "Şikayətçini və digər müttəhimləri tanımıram. Bu evi mən Ayhanın vasitəsilə almışam. Ərzurumlu olduğunu və keçmişdə restoran işlətdiyini bilirəm. Əslində bu evi Ayhanın xatirinə almışam. Araşdırıb Ayhanın kimliyini açıqlayacağam. Onun şahid qismində dinlənilməsini istəyirəm. Təqsirləndirilənlər arasında Ahmet Çətini yalnız Ayhanla gördüm. Ahmet Çətinin bu mənzilin alınması ilə bağlı heç bir məsləhəti olmadı. Bu işə birbaşa Ayhan vasitəsilə daxil oldum. səhv etmirəmsə, mənzili 110 min TL civarında almışdım. Qısa müddət sonra bu evi satdım. Neçəyə satdığımı xatırlamıram. Mən 2015-2022-ci illər arasında 1 milyon yarım dollar dəyərində 5-6 daşınmaz əmlak alıb-satmışam. Bu şikayətçini qətiyyən hədələməmişəm. Bəraət tələb edirəm”.
Şikayətçi Gökhan Soylu isə deyib ki, müttəhimlərdən Ağca xaric qalanları həmkəndliləridir: "Mehmet Ali Aslanı tanımıram. Muhittin Erdal mənə borclu idi. Alacaqlarıma qarşı çek verdi. Çek məbləğlərini ödəmədi. Sözügedən daşınmaz əmlak bundna sonra borc qarşılığında mənə verildi. Borcumu ödəyəndən sonra isə onu qaytaracaqdım. Ancaq o, borcu ödəmədi. Bir gün Emre Gümüştepe adlı makler yanıma gəldi və Mehmet Ali Ağcanın bu evlə bağlı mənimlə görüşmək istədiyini dedi. Adını daha əvvəl eşitdiyim üçün getməli oldum. Bakırköydə ofisdə görüşdük.Mehmet Ali məndən mənzili ona təhvil verməyimi tələb elədi. Tələbi qəbul etmədim. Mehmet Ali daha sonra məni hədələməyə başladı, "Ailən, övladların var, heç qorxmursan?" dedi. Mehmet Ali "evi verməzsən, baş verəcəklərə cavabdeh deyiləm” deyəndən sonra çəkindim. Çünki o, uşaqlarımın saat neçədə məktəbə gedib-gəldiyni də bilirdi...".
Şikayətçi həmin vaxti şikayət etməməsini qorxması ilə əlaqələndirib.
Ağça bu iddialara cavab olaraq, ittihamı yenə də rədd edib.
Samir Musayev
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi