“Ulduz” jurnalının noyabr-dekabr sayı işıq üzü görüb
27-11-2023 [17:09]
"Ulduz" jurnalının noyabr-dekabr sayı işıq üzü görüb.
Mia.az xəbər verir ki, ilin son sayı Elşad Baratın Vətən müharibəsi şəhidlərinə həsr edilmiş silsilə şeirləriylə açılır. "Şeir vaxtı"nda Günel Balakişinin, Xəyalə Sevilin, Zöhrab Mehdinin, İsmayıl İmanzadənin və Aysel Xanlarqızının şeirləri, "Nəsr" rubrikasında isə Məmməd Məmmədlinin "Mən atamı xatırlamıram" hekayəsi, eləcə də Günel Natiqin "İki simvol: bal və qarışqa" başlıqlı araşdırma yazısı yer alıb.
"Ulduz" jurnalı ilə "525-ci qəzet"in ortaq layihəsi çərçivəsində Məti Osmanoğlunun hazırladığı "Gənc yazarlar üçün nəzəriyyə dərsi"nin cari mövzusu "Ədəbiyyatşünaslıq və təkamül nəzəriyyəsi"dir. İlham Abbasov romantizmin son cəngavəri adlandırılan, Nobel mükafatı laureatı Herman Hessenin həyat və yaradıcılıq yoluna nəzər salır.
Dilarə Adilgilin "Tək adam" başlıqlı yazısı Ənvər Məmmədxanlının 110 illiyinə həsr edilib. Şair, esseist, nasir, ssenarist və bəstəkar Bulat Okucavanın "Tərcümə saatı"nda yer almış şeirlərini dilimizə Hicran Hüseynova çevirib. Taleh Mansurun təqdimatında "Yazı masası"nın bu dəfəki qonağı şair, publisist, Əməkdar incəsənət xadimi Barat Vüsaldır. Şirməmməd Nəzərlinin "Natamam bir əsrin özəl nöqtələri" başlıqlı yazısı müəllifin keçdiyi həyat yoluna işıq tutur. Rəşid Faxralının "Gerçək nağıllar" mənzum hekayəsində Vətən müharibəsində canından keçmiş vətən oğullarının qəhrəmanlıqlarından söhbət açılır.
"Ulduz" jurnalı böyük sayğı hissi ilə Azərbaycan ordusunun 2023-cü ilin senytabrında həyata keçirdiyi lokal antiterror əməliyyatı zamanı şəhid olmuş Mustafa Hüseynovun bir zamanlar ifa etdiyi "Gəldim Qarabağa bahar çağında" başlıqlı şeirini təqdim edir.
Nəhayət, "Dərgidə kitab"da Nəriman Qasımoğlunun şair, ədəbiyyatşünas və tərcüməçi Qasım Qasımzadəyə həsr etdiyi "Türkiyə həm sizindir, həm də bizim" sərlövhəli yazısı, "Dərgidə sərgi" rubrikasında isə Şirməmməd Nəzərlinin çəkdiyi fotolar yer alıb.
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib