Rusiya "Google" şirkətini yenə cərimələyib - 4 milyard 611 milyon rubl

img

20-12-2023 [15:59]


Rusiya məhkəməsi "Google" şirkətini yenə cərimələyib.

Mia.az xarici mətbuata istinada xəbər verir ki, Rusiyada məhkəmə Rusiya ordusunun Ukraynadakı hərəkətləri ilə bağlı yalan məlumatların olduğu deyilən şəkilləri silmədiyinə görə "Google"u 4 milyard 611 milyon rubl (təxminən 51 milyon dollar) cərimələyib.

İşə paytaxt Moskvanın Taqanski Rayon Məhkəməsində baxılıb.

Xatırladaq ki, "Google" əvvəllər də oxşar səbəblərə görə cərimələnib.

Şirkətin Rusiyadakı törəmə şirkəti də maliyyə öhdəliklərini yerinə yetirə bilmədiyi üçün ötən il iflas proseduruna başlayıb.

Lamiyə Əhmədli 

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
09:23 23.11.2024

İstanbulda fabrik yanıb