Ilham Əliyev ard-arda iki sərəncam imzaladı - SİYAHI

img

10-06-2014 [20:28]


Bu gün Prezident İlham Əliyev iki sərəncam imzalayıb.

Mia.az xəbər verir ki, prezidentin sərəncamlarından biri Goranboy rayonunun Goranboy-Yuxarı Ağcakənd avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqındadır

Belə ki, sərəncama əsasən otuz beş min nəfər əhalinin yaşadığı 18 yaşayış məntəqəsini birləşdirən Goranboy-Yuxarı Ağcakənd avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 7,2 milyon (yeddi milyon iki yüz min) manatı Goranboy Rayon İcra Hakimiyyətinə ayrılıb.

Prezident İlham Əliyevin digər sərəncamı isə Azərbaycan Polad İstehsalı Kompleksinin fəaliyyətinin təmin edilməsi ilə bağlı olub.

Mia.az xəbər verir ki, sərəncama əsasən "Azərbaycan Polad İstehsalı Kompleksi” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkili məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan "Azərbaycan Polad İstehsalı Kompleksi” Qapalı Səhmdar Cəmiyyətinə 5,0 (beş) milyon manat ayrılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA