10-06-2014 [18:19]
İyunun 9-da Central Park mehmanxanasının konfrans zalında ABŞ Beynəlxalq İnkişaf Agentliyi tərəfindən maliyyələşdirilən, Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi və onun 4 tərəfdaşı, "Konstitusiya” Araşdırmalar Fondu, "İqtisadi Tədqiqatlar Mərkəzi” İctimai Birliyi, Internyus Azərbaycan İctimai Birliyi, "Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı” İctimai Birliyi (AGAT) tərəfindən icra olunan "Azərbaycan Şəffaflıq Tərəfdaşlığı” Layihəsi "Konstitusiya” Araşdırmalar Fondunu təşkilatçılığı ilə "Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası vəziyyəti: hökumət –vətəndaş cəmiyyəti dialoqu mövzusunda dəyirmi masa keçirilib.
Dəyirmi masada Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın Katibliyinin, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin, ABŞ səfirliyinin, Ombudsman Aparatının nümayəndələri, Azərbaycan Şəffaflıq Platformasının, QHT-lərin Antikorrupsiya Şəbəkəsinin üzvləri, Milli Fəaliyyət Planında icarçı qurumlar kimi göstərilən dövlət qurumlarının əməkdaşları iştirak ediblər.
Əliməmməd Nuriyev: "Korrupsiyaya qarşı mübarizə üçün yalnız dövlət qurumlarının səyləri kifayət edə bilməz”
Korrupsiyaya qarşı mübarizədə dövlət qurumları vətəndaş cəmiyyəti institutlarının əməkdaşlığının vacibliyindən danışan "Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev bildirib ki, bu sahədə imkanlar genişlənməkdədir. Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya bu istiqamətdə müvafiq addımalr atır. QHT-lər də öz növbəsində təşəbbüslər göstərirlər. Korrupsiyaya qarşı mübarizədə birgə səylər olduqca vacibdir. Korrupsiyaya qarşı mübarizədə uğurlu nəticələr əldə etmək üçün yalnız dövlət qurumlarının səyləri kifayət edə bilməz. Cəmiyyət, ictimayyət də bu məsələdə fəal, təşəbbüskar olmallıdır. Bu tədbiri də bu istiqamətdə təşəbbüslərdən biri kimi dəyərləndirmək olar.
Ə.Nuriyev qeyd edib ki, 2014-cü ildə "Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası istiqamətində daha çox səylər göstərməlidirlər. Bu il çox əhəmiyyətli tədbirlərin icrası nəzərdə tutulub, dövlət orqanları bu məsuliyyəti anlamalı və müvafiq səylər göstərməlidirlər.
Ə.Nurieyv xatırladıb ki, ötən il Milli Fəaliyyət Planının 2012-ci ilin sentyabrından 2013-cü ilin sentyabrınadək icra vəziyyətinin monitorinqini aparıb. Monitorinq nəticələri göstərib ki, bir il ərzində Milli Fəaliyyət Planının orta icra göstəricisi 34 faiz olub.
Zaur İbrahimli: "Korrupsiya risklərini azalmasına yönəlik bir sıra tədbilərin icrasının ləngiməsi də nəzərə çarpır”
Tədbirdə Fondun eksperti Zaur İbrahimli "Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası vəziyyəti: hökumət –vətəndaş cəmiyyəti dialoqu” mövzusunda təqdimatla çıxış edib. Z.İbrahimli bildirib ki, Monitorinqin məqsədi bütün maraqlı tərəfləri hər birinin Milli Fəaliyyət Planının(MFP) icrası sahəsində müstəqil mövqe ilə təmin etməkdir. Monitorinq qrupu Milli Fəaliyyət Planının 124 bəndinin icrasında olan inkişaf və zəiflikləri təsvir edib və Azərbaycanda korrupsiya problemi ilə daha səmərəli mübarizə aparmaq üçün tövsiyyələri müəyyən edib. Bu il monitorinq icrası 2014-cü ildə yekunlaşması nəzərdə tutlmuş tədbirlərin icra vəziyyəti üzərində fokuslaşacaq. MFP 2012-ci ildə 2 və 2013-cü ildə 48 tədbirin icrasını nəzərdə tuturdu. MFP 2014-cü ildə 40 tədbirin icrasının yekunlaşmasını nəzərdə tutur.
Z.İbrahimli həmçinin, Milli Fəaliyyət Planının icrası ilə bağlı bir sıra problemləri də qeyd edib. Onun sözlərinə görə, MFP-da nəzərdə tutulan korrupsiyaya qarşı mübarizədə preventiv tədbilər və korrupsiya risklərini azalmasına yönəlik bir sıra tədbilərin icrasının ləngiməsi də nəzərə çarpır. İlk növbədə lisenziya və izacələrin verilməsinin sadələşdirilməsi, vergi bəyyannamələrinin təqdim edilməsinin dövrülüyünün azaldılması, səhiyyə sistemində icbari tibbi sığorta sisteminə keçid, lombardların və daşınmaz əmlak alğı-satqısı üzrə vasitəçilik xidmətləri göstərən fiziki və hüquqi şəxslərin fəaliyyət sahəsini tənzimləyən normativ hüquqi aktların layihələrinin hazırlanması istiqamətində hərəkətsizlik qeyd edilməlidir. Diqqət yetirilməli vacib məqamlardan biri də korrupsiya riski yüksək olan sahələrdə elektron xidmətlərin ləng tətbiq edilməsidir. Xüsusən elektron xidmətlər daha çox sənədlərin qəbulu ilə bağlı məhdudlaşır.
Müzakirələr zamanı Milli Fəaliyyət Planının icra vəziyyəti, bu istiqamətdə vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq imkanları müzakirə edilib. Həmçinin, Azərbaycan Şəffaflıq Tərəfdaşlığı” layihəsi çərçivəsində "Konstitusiya” Araşdırmalar Fondu tərəfindən aparılan Milli Fəaliyyət Planın icrasının monitorinqi zamanaı irəli sürülən təklif və tövsiyyələrlə bağlı müzakirələr aparılıb. Dövlət orqanlarının nümayəndələri də monitorinqin daha yaxşı aparılması üçün öz tövsiyyələrini veriblər.
Monitorinqin davamı ilə bağlı vətəndaş cəmiyyəti institutları və dövlət qurumlarının təklifləri dinlənilib, müzakirə olunub.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi