Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
26-11-2023 [00:14]
Qoç - işlərinizə ciddi hazırlaşsanız, yaradıcı planlarınızı reallaşdıra bilərsiniz. İnformasiya, yaxud zəruri avadanlıq, alət, material çatışmazlığı hiss oluna bilər. Belə situasiyanın yaranmaması üçün tədbirli davranın.
Günün ikinci yarısında uzunmüddətli səfər və ya riskli layihə planlaşdırmayın. Emosiyalara yox, məntiqə əsaslanaraq hərəkət edin.
Ünsiyyətdə səmimi, qayğıkeş olun. Axşam saatlarına yaxın münasibətləri aydınlaşdırmağa çalışmayın. Təşəxxüslü, xudpəsənd olmayın. Yarana biləcək münaqişənin qarşısını alın.
Buğa - unutmayın ki, ən pis sülh ən yaxşı münaqişədən yaxşıdır. Konfliktli vəziyyət yaratmayın. Asılı olduğunuz insan və ya yaşlılarla mübahisələr etməyin. Sözlərinizi yumor hissi ilə qəbul etməyən insanla zarafata yol verməyin. Uzaq yoldan və ağır fiziki işdən imtina edin.
Günün ikinci yarısında ailə üzvləri ilə münasibətlərdə harmoniyaya nail olun. Qayğıkeş davranın, məsləhətlərə qulaq asın. Yaxın gələcəklə bağlı planlar qurun. Axşam saatlarını istirahətə həsr edin.
Əkizlər - çoxdan diqqət tələb edən situasiyanı nizamlamaq olar. Bütün çətinliklərə rəğmən geri çəkilməyin, bədbinliyə qapılmayın. Alış-verişə çox pul xərcləməyin. Təmir və ya köç üçün əlverişli zamandır.
Günün ikinci yarısında maliyyə durumunuza fikir verin. Vəsaitə qənaət etməyə çalışın. Yaxınlarınız sizi məişət problemləri və qayğılarla narahat edəcəklər. Münaqişələrdən birdəfəlik qurtulmaq mümkün deyil. Səhvləri vaxtında anlasanız, onların fəsadlarını azaltmaq olar. Təcili həllini tələb edən məsələlər var.
Xərçəng - günün ilk yarısında əhvalınızda kəskin dəyişikliklər ola bilər. Emosionallıq və aqressivlik ünsiyyətdə ciddi problemlər yaradacaq. Həddən artıq hissiyatlı davranış sizi illüziyaların əsiri etməsin. İfrat rasionallıq da zərərlidir. Günün ikinci yarısında bahalı əşyalar almayın. İtkilərə yol verməmək üçün anlaşma, sövdələşmə və maliyyə əməliyyatlarını ertələyin.
Şəxsi həyatda emosiyalara rəğmən yaxınlarınız sizi dəstəkləyəcək, yardım edəcəklər. Axşam saatlarında bir qədər müstəqil qalın. Lakin istənilən halda noutbuk və ya mobil telefon yaxşı "həmsöhbət" deyil.
Şir - günün ilk yarısında həddən artıq enerji hiperaktivliyə səbəb olmamalıdır. Ehtiyatlı olun, yaxın ətrafınızdakı insanların fikir və niyyətlərini anlamağa çalışın. Dəyər verdiyiniz insanın xətrinə dəyməyin.
Günün ikinci yarısında işlərdə ciddi maneələr yarana bilər. Ən mühüm işləri ertələməyin. Mübahisələrdə nəyin bahasına olursa-olsun, qalib gəlməyə çalışmayın. Ailə üzvləri ilə təmaslarda təmkinli olun. Ailədə sakitlik önəmli məsələdir. Hisslərinizə nəzarət edin.
Qız - günün ilk yarısındakı olaylar sizdən kommunikativ olmağı, bacarıqlarınızı nümayiş etdirməyi tələb edir. Məktub və sənədləri qaydaya salın. Yeni məlumatlar əldə edərək mövqelərinizi möhkəmləndirin. Qərarların qəbul sürətini artırın.
Günün ikinci yarısında çalışdığınız sahədə, gördüyünüz işdə böyük səhvə yol verməmək üçün sayıqlığı əldən verməyin. Planlarınız və ya arzularınızı yaxınlarınızla bölüşmək istəyiniz normal anlaşılmaya bilər. Sükut məsləhətdir. Aidə üzvlərinə pozitiv təsir edin.
Tərəzi - günün ilk yarısında mübahisələrə qatılmayın, münasibətlərin aydınlaşdırılmasında aktiv iştirak etməyin. Adi günlərdən fərqli olaraq yaxın ətrafınızdakı insanlar sizi anlamırlar. Onlar dediklərinizə inanmırlar. Münaqişə səbəbkarı olmayın.
Günün ikinci yarısında rəqiblərin davranışlarına fikir verin. Onlar sizə qarşı yeni plan hazırlayırlar. Yaxınlarınıza kömək edin, yardım istəyənə dəstək verin. Başqalarının fikirlərinə qulaq asmaq və deyilənlərə diqqətlə yanaşmaq gərəkdir. Bu minvalla yaxınlarınızla münasibətləri korlanmaqdan qorumaqla yanaşı, yaxın gələcəklə bağlı yaxşı məsləhət ala bilərsiniz.
Əqrəb - qərar qəbul edəndə məntiqli olun. Aldığınız məsləhət ilk baxışdan qəribə təsir bağışlasa da, ona riayət edin. Bundan sonrakı fəaliyyətinizi planlaşdıranda alternativ məlumat mənbələrindən yararlanın. Uzaq gələcəklə bağlı planların yenilənməyə ehtiyacı var. Günün ikinci yarısında ağır fiziki işə başlamayın. Aktiv olun, süst davranmayın.
Axşam saatları ailə üzvləri ilə birlikdə gəzinti üçün sərfəlidir. Vaxtınızı sevdiyiniz insanla keçirin. Səhhətinizə və xüsusilə də rasionunuza fikir verin. Yağlı və çox kalorili yemək yeməyin.
Oxatan - yaxın ətrafınızdakı insanlara ən sadə məqamları anlatmaq üçün çox vaxt gərəkdir. Aqressiv olmayın. Düşünməyin ki, onlar ən elementar, sadə nəsnələri anlamırlar. Mübahisələrə qatılmayın.
Günün ikinci yarısında kimsəyə nəyisə sübut etməyə çalışmayın. Dəyər verdiyiniz insanları sürəkli tənqid etməyin. İradların sayını azaldın. Yaxınlarınızla təmaslarla məişət məsələləri yenidən gündəmə gələcək. Onlar çoxdankı vədlərinizi xatırlayacaq, verilən sözlərə əməl olunmasını istəyəcəklər. Axşam saatlarına yaxın əhvalınız pisləşəcək. Normal istirahət edin.
Oğlaq - intellektual fəaliyyətdə diqqətli olun ki, müxtəlif səhvlərə yol verməyəsiniz. Ətrafınızdakı insanlarla ünsiyyəti bir qədər azaldın. Gərəksiz söhbətlər və yerinə yetirə bilməyəcəyiniz vədlər sizə qarşı olacaq.
Günün ikinci yarısında uzaq məsafələrə səyahəti təxirə salın. İdmanla məşğul olmağa çalışın. Ailə üzvləri ilə ünsiyyətdə arqumentlərdən mütləq şəkildə xeyrinizə istifadə etməyə səy göstərməyin. Münasibətləri aydınlaşdırmağa can atmayın. Birgə fəaliyyətdə xeyir var.
Dolça - yaşanan situasiyada pozitiv məqamları görməyə çalışın. Birgə çalışdığınız insanların nöqsanlarını ön plana çıxarmayın. Vəziyyətin nüanslarını nəzərə alsanız, yaxşı nəticələrə nail ola bilərsiniz. Uğur əhvalınızdan asılıdır. Günün ikinci yarısında fikir ayrılıqlarına görə münasibətləri kəsdiyiniz adamla əlaqələri bərpa edə bilərsiniz. Sevdiyiniz insanla emosional danışmayın. Ailə üzvləri ilə təmaslarda səbrli olun.
Balıqlar - tənqidlər sizi bədbinliyə düçar etməməlidir. Opponentlərdən biri sizi təbdən çıxararaq niyyətinə çatmaq, istəyini gerçəkləşdirmək istəyir. Bu adama imkanlardan yararlanmağa imkan verməyin. Amma münaqişə də yaratmayın. Ehtiyatlı olun.
Günün ikinci yarısında yaxınlarınızdan birini suçlamayın. Yaxın gələcəklə bağlı planları ailə üzvləri ilə müzakirə edin. Uzaq səfərləri ertələyin. Travma riskli işlərlə məşğul olmayın. Qidalanmada mühafizəkar olun.
Milli.Az
Çempionlar Liqası: ilk finalçı bəlll oldu - PSJ uduzdu
Aleks de Souza "Antalyaspor"la anlaşdı - Köməkçisi isə...
Qəzzada BMT-nin daha 6 əməkdaşı həlak olub - Hesabat
Türkiyə kuboku: "Beşiktaş"ı finala yüksəldi
Şotlandiyanın yeni baş naziri bəlli oldu - 64 səslə
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Daha bir partiya sədri istefaya gedir: "Səhhətim imkan vermir"
Türkiyə ilə Küveyt arasında 6 yeni müqavilə imzalanıb - Ərdoğan əmiri təltif edib (FOTO)
Azercell ilk Dayanıqlılıq (ESG) hesabatını açıqlayır - FOTOLAR
Zelenski və mühafizə xidmətinə sui-qəsd cəhdi: iki polkovnik tutulub
Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə daha bir dəyişikliyi təsdiqlədi - Cəzalar artırıldı
Əli Əsədov Ankarada Anıtqəbiri ziyarət edib - FOTOLAR
Slovakiyanın Baş nazirinin Azərbaycana rəsmi səfəri başa çatıb
“Electro-İndustries” QSC-nin elektrik vuran işçisi ölüb
3600 manata “Nissan Sunny”, 11 minə “Volkswagen Passat”... - Bakıda 20 maşın hərracda satılıb
Gəncədə daha br əməliyyat: vəzifəli şəxslərə cinayət işi açıldı
Şanlıurfada terror əməliyyatı: 17 nəfər saxlanılıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Slovakiyanın Baş naziri Şəhidlər xiyabanını ziyarət edib - FOTO
“Badamdar Estates”in baş mühasibinə cinayət işi açılıb
Bolqarıstan prezidenti Azərbaycana rəsmi səfərə gəlib
Prezident İlham Əliyev Slovakiyanın Baş naziri ilə görüşüb - Birgə bəyanat + FOTOLAR (Yenilənib)
Emin Əmrullayevin qardaşına sərt ittiham var: "Dedi, al bu 100 mini, get və..." - Qalmaqallı məhkəmə işi (VİDEO)
Sabiq Baş nazir prorektor vəzifəsindən azad olunub
Neftçalada molla narkotik satarkən saxlanıldı - Yenilənib
MƏKTƏBDƏ 250 MİN MANATLIQ MƏNİMSƏMƏ: cinayət işi açıldı
Əli Əsədov Kahramanmaraşda: Baş nazir “Azərbaycan məhəlləsi”ndə tikinti işləri ilə tanış olub
Bakıda oteldə müəmmalı olay: iki nəfər ölüb, ağır vəziyyətdə olanlar var (YENİLƏNİB)
"Fənərbağça"nın kapitanı: "Artıq çempionluq mümkün deyil"
Çempionlar Liqası: PSJ yoxsa "Dortmund"? - Bu gecə "döyüş" olacaq
Ərdoğan Küveyt əmirini hava limanında qarşılayıb - FOTOLAR
Nəsimi rayonunda tədbir keçirilib - FOTOLAR
Sabah leysan yağacaq - Xəbərdarlıq
Bu qanunu pozanlar cərimələnəcək - 12 min manatadək
MHP sədri: "Əllərində ülkücü qanı olanların feriştahı gəlsə, bizdə yapraq belə qımıldamaz"
İsrail əsgərləri daha 22 nəfəri həbs edib
Türkiyə ordusu daha 4 terrorçunu zərərsizləşdirib - Suriyada
Saatlının yeni DYP rəisi kimdir? - Təyinat
Ədliyyə işçiləri ilə bağlı yeni qərar verildi