Sığınacaq axtaranların və vətəndaşlığı olmayan şəxslərin ədalət mühakiməsinə çıxış imkanı... - BMT QAK-da seminar oldu
24-11-2023 [16:30]
BMT QAK-ın Azərbaycandakı Nümayəndəliyi Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti, Ədliyyə Nazirliyi və Məhkəmə-Hüquq Şurası ilə birlikdə sığınacaq axtaranların və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanın ədalət mühakiməsi sisteminə çıxış imkanının yaxşılaşdırılmasına həsr olunmuş seminar təşkil edib.
Bu barədə Mia.az-a verilən məlumata görə, “Sığınacaq axtaranların və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanın milli ədalət mühakiməsi sisteminə çıxış imkanlarının genişləndirilməsi” mövzusunda seminarın keçirilməsində məqsəd sığınacaq axtaranların və vətəndaşlığı olmayan şəxslərin qanuni hüquqlarına dair beynəlxalq rəhbər prinsipləri və tövsiyələri təbliğ etmək, habelə Qaçqın statusunun müəyyənləşdirilməsi (QSM) prosedurunun apellyasiya komponentinin keyfiyyətini müzakirə edilməsi olub.
Seminarda hakimlər, vəkillər, dövlət orqanlarının nümayəndələri, universitet professorları və BMT QAK-ın Bakı ofisinin mütəxəssisləri iştirak ediblər. İştirakçıları salamlayan BMT QAK-ın Ölkədə üzrə Nümayəndəsi Bik Lum həssas qrupların milli ədalət mühakiməsi sisteminə çıxışını təşviq etmək üçün konkret addımların atılmasının vacibliyini vurğulayıb: “Onların üzləşdiyi maneələri müəyyən etmək, bu maneələri aradan qaldırmaq, qarşılanmayan hüquqi ehtiyaclara reaksiya vermək və insan hüquqlarının pozulmasının qarşısının alınması vasitəsi kimi ədalət mühakiməsindən istifadə etmək olduqca önəmlidir”.
Seminar iştirakçıları qaçqınlar, sığınacaq axtaranlar və vətəndaşlığı olmayan şəxslərlə bağlı əsas mövzuları, o cümlədən, milli sığınacaq sisteminə yönləndirmə mexanizmləri, sığınacaq axtaran şəxslərlə bağlı məhkəmə sisteminin rolu, səmərəli hüquqi müdafiə vasitəsi ilə təmin edilmək hüququ, mənşə ölkəsi barədə məlumatların əhəmiyyəti və Əfqanıstanda qadın hüquqlarına xüsusi diqqət yetirilməklə sosial qrupların identikləşdirilməsi üzrə məsələləri müzakirə ediblər.
Seminarın ikinci günü vətəndaşlığı olmayan şəxslərin və vətəndaşsızlıq riski altında olan şəxslərin sənədləşdirilməsi sahəsində vətəndaşlıq və vətəndaşsızlıqla bağlı beynəlxalq hüquqi bazaya tam uyğun olan milli təcrübələrə həsr olunub. Azərbaycanda vətəndaşsızlıq riski altında olan şəxslərin sənədləşdirilməsi ilə bağlı əldə edilmiş nailiyyətlər və müsbət məhkəmə presedentləri nəzərdən keçirilib. Mövzular üzrə müzakirələr vətəndaşsızlığa son qoymağı hədəfləyən və problemin həlli üçün çoxtərəfli səylərin vacibliyini vurğulayan qlobal təşəbbüs olan #IBelong kampaniyasına töhfə vermək məqsədi ilə aparılıb.
İki gün davam edən seminar sayəsində vəkillər və hakimlər məcburi köçkün və vətəndaşlığı olmayan şəxslərlə bağlı aktual problemləri öz nöqteyi-nəzərindən təqdim etmək, problemləri təhlil etmək və milli qanunvericilik çərçivəsində onların mümkün həll yollarını təklif etmək imkanı əldə ediblər.
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi