Tahir İmanov: "İndi baxın, görün ki, televiziya hansı müğənnilərin təbliğini aparır" - VİDEO
24-11-2023 [09:22]
"Xalq artistlərinin əksəriyyəti fonoqram oxuyur. Anam 35 il musiqi dərsi verib. Anamla mən şokdayıq... Görün, toylarda o zamanlar kimlər oxuyurdu... Adları, hamısı şəxsiyyətdir. Akif İslamzadə toylarda nömrə bir idi. Rəhmətlik Hüseynağa Hədiyev... Artıq bir-bir onların adını çəkməyəcəyəm, çünki nə qədər sadalasam, soruşacaqlar ki, "onlar kimdir?", sonra da başlayacaqlar onların adlarını internetdə "Google" da axtarmağa.
Sonra xalq artisti Brilliant Dadaşova gəldi və s.. Əvvəllər televiziyada təbliğ olunan müğənnilər toylarda çıxış edirdilər. İndi baxın, görün ki, televiziya hansı müğənnilərin təbliğini aparır... "Mənə maçı ver...." Axı bu nə mahnıdır? Bu nə sözlərdir? Mənə izah edin, zəhmət olmasa..."
Mia.az xəbər verir ki, bu sözləri "Planet Parni İz Baku" komandasının məşhur üzvü, Əməkdar artist Tahir İmanov qonaq olduğu "YouTube"da yayımlanan "Фруктовый чай" verilişində deyib.
Aktyor musiqi mədəniyyətində baş alıb gedən özbaşınalıqlara, bayağılığa və xaosa üsyan edib. Əməkdar artist bunun günahını televiziyalarda təbliğ olunan bayağılıqda görüb: "Azərbaycan mədəniyyətinə yaxından bələd olmasaydım, məndə belə bir hiss yaranmışdı ki, bu xalqın Rəşid Behbudovu, Şövkət Ələkbərovası yoxdur... Çünki televiziya belə bir vəziyyətə gətirib hər şeyi çıxarıb.
Lütfiyar İmanov, Müslüm Maqomayev, Polad Bülbüloğlu yox idi... Nə üçün Rəşid Behbudovu yalnız vəfatında və doğum günündə xatırlayırıq. Sonu olmayan böyük repertuarımız var. Mən xalq mahnılarımızı, Cahangir Cahangirov kimi böyük bəstəkarlarımızın yazdığı şedevr əsərləri nəzərdə tuturam. Bəstəkar Tofiq Quliyevin repertuarını götürsəniz, bütün toyu idarə etmək kifayətdir. Orada lirika, 6/8-lik ritm və vals da var. Ümumiyyətlə, nə istəyirsən var..."
T.İmanov fəxri adı olan müğənnilərin məşhur bəstəkarlarımızın yaratdığı əsərləri deyil, kimliyi bəlli olmayan qeyri-peşəkarların mahnılarını oxumasına qarşı çıxıb: "Niyə bizim Xalq və Əməkdar artistlər Bokanın repertuarından mahnılar oxuyurlar və ya Azərbaycan mədəniyyətimizə heç bir aidiyyatı olmayan insanların repertuarından musiqilər səsləndirirlər? Budur, televiziyamızın təbliğ etdiyi mədəniyyət. Müğənnilərimiz "Başımızın üzərindən durnalar uçur" adlı mahnı oxuyurlar. Haradadır böyük və məşhur bəstəkarların mahnıları? Niyə bu bəstəkarların repertuarlarına müraciət etmirsiniz? Bütün bunları görmək və eşitmək çox məyusedicidir...
Özümə yer tapa bilmirəm görəndə ki, Xalq və Əməkdar artistlər və onları başqa Xalq artisti musiqiçi müşayiət edib, anlaşılmaz adamların repertuarından mahnılar oxuyurlar. Soruşanda ki, niyə belə mahnılar oxuyursan, o, cavab verir ki, "məclis sahibləri belə istəyirlər". Axı siz onlara deyə bilərsiniz ki, nə oxuyacam, nə də ifa edəcəm. İnanın səmimiyyətimə, mən şəxsən bütün bu mahnılara dözə bilmirəm".
bizim media
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi