10-06-2014 [12:43]
Dünən saat 13:30-da Türkiyənin Ədirnə şəhərində qanuni oğrular arasında atəşma baş verib.
Əski İstanbul küçəsində baş verən atışmada iki oğru klanının üz-üzə gəldiyi barədə publika.az məlumat yayıb. Qruplardan biri hadisə yerinə Rusiya dövlət nömrə nişanlı (P 878 EC 177) avtomobillə gəlib. Digər qruplaşmanın avtomobilində yerli dövlət nömrə nişanı olub. Ümumilikdə, atışmada içərilərində ruslar və gürcülər də olmaqla, bir neçə nəfər iştirak edib.
Günorta çağı baş verən toqquşmanın şəhər əhalisində xof yaratdığı qeyd olunur. Hadisə yerində polis beş nəfəri həbs edib. Onlardan biri ayağından güllə yarası alıb. Əməliyyat zamanı Hüseyn İmraq adlı türk polisi öldürülüb.
Xatırladaq ki, Türkiyə son illər bir çox azərbaycanlı və gürcü avtoritetlərin daimi yaşayış məskəninə çevrilib. 2012-ci ildə Rövşən Lənkəranskinin qruplaşması İstanbulda digər azərbaycanlı qaninu oğru Baxış Əliyevə uğursuz sui-qəsd təşkil etmişdi. B.Əliyev o hadisədən salamat qurtulsa da, bu ilin aprelində Odessada killer gülləsindən yayına bilmədi.
Keçən yay isə Lənkəranskinin klanı İstanbulda avtoritet Gela Kardavanın klanının üzvlərini qəddarcasına döymüşdülər. Bu hadisədən cəmi bir gün sonra Türkiyə paytaxtında digər oğru, "Qoca” ləqəbli Əlibala Həmidov öldürüldü. "Qoca”nın başını beysbol ağacı ilə əzib, sonra güllələmişdilər.
Əslində, bütün bu hadisələrin kökündə iki azərbaycanlı qanuni oğrunun – Rövşən Lənkəranski ilə Nadir Səlifovun ("Lotu Quli”) arasındakı düşmənçilik durur. Son vaxtlar bu konfliktə daha bir azərbaycanlı qanuni oğru Əli Heydərov (ləqəbi "Albert Rıjıy”) da qoşulub.
Qeyd edək , Lotu Quli hazırda Azərbaycanda, 8 saylı cəzaçəkmə müəssisəsində cəza çəksə də, özü kimi oğru tacı daşıyan dogma qardaşı Namiq kriminal aləmdə onun maraqlarını qoruyur.
Ehtimal edilir ki, Türkiyədəki son olay Lotu Quli ilə Albert Rıjının klanları arasında baş verib.
- See more at: http://axar.az/news/20693#sthash.8YSHPeci.dpufƏli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi