"Dedi ki, sənədlər Səttar Mehbalıyevin seyfindədir" - Qalmaqallı məhkəmə prosesi
22-11-2023 [14:46]
Yasamal rayonu ərazisində yerləşən “Məhsul” stadionunu satmaq adı ilə sahibkarları aldatmaqda ittiham olunan Azərbaycan Həmkarlar İttifaqlarının İdman Təşkilatları Assosiasiyasının sədri Nadir Əliyev və “Yasamal” idman-sağlamlıq klubunun direktoru Alik Həsənovun cinayət işi üzrə məhkəmə araşdırması davam edir.
Məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda zərərçəkmiş Yusif Vəlixanov ifadə verib.
Sahibkar Y.Vəlixanov deyib ki, stadionun ərazisini 5.5 milyon manata razılaşdırıbmışlar. Həmin məbləğin 2.5 milyonunu nağd şəkildə ödəməli, digər hissəsini isə ərazidə tikiləcək binalardan pay verilməli idi (mənzil, qeyri-yaşayış sahəsi və s) : “Həmkarım Rauf İsmayılovla birgə Alik Həsənovla danışığımız oldu. A.Həsənovun əlində Həmkarlar İttifaqının məktubu var idi ki, stadionun ərazisinin satılmasına etiraz yoxdur. Stadionun özəlləşməsi prosesinin getməsi ilə bağlı sənədləri də var idi. Aliklə danışığımız bir neçə ay uzandı. Sonradan Əmlak Komitəsindən öyrədik ki, stadionun ərazisi özəlləşdirilə bilməz. Bundan sonra yenidən Aliklə danışdıq. Dedi ki, sizi müdirin yanına aparım onunla da danışın. Ortağım Rauf İsmayılov Həmkarlar İttifaqlarının İdman Təşkilatları Assosiasiyasının sədri Nadir Əliyevlə görüşdü. Nadir deyib ki, sənədlər Səttar Mehbalıyevin (Azərbaycan Həmkarlar İttifaqlarının sədri) seyfindədir, stadionun ərazisinin altı özəlləşdirilib, üstü qalıb. Nadir ciddi adam olduğuna onun sözünə güvəndik. Bizi əmin etdilər ki, problem olmayacaq".
Zərərçəkmişin sözlərinə görə, məsələnin həlli real görünmədiyini üçün prokurorluğa müraciət ediblər: “Nadir Əliyevlə son danışığımızın üstündən bir müddət keçdikdən sonra prokurorluğa müraciət etdik. Çünki əvvəl danışığımız var idi ki, ilkin olaraq 2.5 milyon manat verəcəyik. Həmin pulun 900 min manatını artıq ödəmişdik. Prokurorluğa şikayət etdikdən sonra 100 min manat qaytardılar, 800 min manat isə hələ də qaytarılmayıb. 400 min mənə, 400 min də ortağım Rauf İsmayılova zərər dəyib”.
İş üzrə digər zərərçəkmişlərin dindirilməsi üçün prosesin təxirə salınması təklif olunub. Bu vaxt zərərçəkmişlərin nümayəndəsi, vəkil Aslan İsmayılov etiraz edib. Vəkil deyib ki, bu iş üzrə məhkəmə prosesi uzun müddətdir davam edir, hələ də təqsirləndirilənlər dindirilməyib: “Bu proses süni şəkildə uzadılır. Bu işə başçılıq edənlərin aktiv fəaliyyəti göz qabağındadır. Prosesə müdaxilə edirlər. Xahiş edirəm, təqsirləndirilən şəxslər dindirilsin”.
Məhkəmə vəkilin etirazını qəbul etməyib. Digər zərərçəkmişlərin dindirilməsi üçün iclas dekabrın 4-nə kimi təxirə salınıb(Qafqazinfo).
Qeyd edək ki, təqsirləndirilən şəxslər Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs ediliblər. Nadir Əliyev və Alik Həsənova qarşı Cinayət Məcəlləsinin 178.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) və 32.4, 312.1 (rüşvət verməyə təhrik etmə) və 32.4, 312.2-ci (rüşvət verməyə təkrarən təhrik etmə) maddələri ilə ittiham irəli sürülüb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi