Nazir, aparat rəhbəri, direktor, icra başçısının birinci müavini... - Bakıda məmur uşaqlarının kütləvi davası ilə bağlı cinayət işi məhkəmədə (VİDEO)
21-11-2023 [19:30]
Sabunçu Rayon Məhkəməsinə bu ilin yayında “Sea Breeze”də oliqarx övladlarının iştirakı ilə baş verən kütləvi davayla bağlı cinayət dosyesi daxil olub.
Musavat.com xəbər verir ki, hakim qarşısına təqsirləndirilən şəxs qismində 4 nəfər - Peyman Rəhman oğlu Vəlizadə, Elmir Üzeyir oğlu İsmayılov, Məhəmməd Natiq oğlu Həsənzadə və Murad Məzahir oğlu Əhmədli çıxarılır. Bu şəxslər xuliqanlıqda ittiham olunurlar.
İş üzrə iki zərərçəkən var - Cavad Vahid oğlu Muradov və Elnur Leysan oğlu Məmmədov.
Bu ilin yayında baş verən hadisə ilə bağlı həmin zaman yayılan rəsmi məlumatda qeyd olunurdu ki, iyunun 12-də “Sea Breeze Resort” istirahət mərkəzində kütləvi dava baş verib. 1 gün sonra xuliqanlıq hərəkətləri törədən şəxslər müəyyən olunub.
Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində faktla bağlı Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb. Hadisə iştirakçılarından bir qrupu saxlanılıb. Rəsmi məlumatda saxlanılanların kimliyi, dava tərəfləri haqda isə hər hansı bir bilgi verilməyib. Kütləvi davanın əsas tərəfləri kimi sabiq nazir Yavər Camalovun qardaşı oğlu Elmir Camalov və oliqarx Leysan Məmmədovun oğlu Elnur Məmmədov qeyd edilirdi.
Bildirilirdi ki, həmin axşam ərazidə Jah Khalib-in konserti və Çempionlar Liqasının onlayn translyasiyası keçirilib. Olay zamanı hətta Elmir Camalovun bıçaq xəsarəti alması xəbəri də vardı. Olaydan sonra bu iki şəxs də daxil olmaqla, 8 nəfər saxlanılmışdı.
Musavat.com kütləvi davanın əks olunduğu və sosial mediada yayılan görüntüləri təqdim edir.
Məhkəmə qarşısına çıxarılan təqsirləndirilən və zərərçəkənlər arasında Elmir Camalov yoxdur. Amma Camalovlarla qohumluq əlaqəsində olan Elmir İsmayılov təqsirləndirilən şəxs statusundadır.
Elmir İsmayılov Müdafiə Sənayesi Nazirliyi Aparatının rəhbəri olmuş Üzeyir Ərəstun oğlu İsmayılovun oğludur. Üzeyir İsmayılov sabiq nazir Yavər Camalovun qardaşı, iş adamı Əlikram Camalovun kürəkənidir. Elmir İsmayılovun adı mətbuatda əvvəllər də hallanıb. 2020-ci ilin iyununda mətbuatda “Bakıda iki cangüdənlə gəzən tələbə kimdir?” sərlöhvəli yazı tirajlanmışdı. Həmin yazıda Elmir İsmayılovdan bəhs olunurdu. Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsil alan və 2 maşın cangüdənlə gəzən Elmir İsmayılovun bahalı maşın həvəskarı olduğu, hətta Bakı küçələrində sürətlə avtomobil sürməkdə ad çıxardığı iddia edilirdi.
Bloger Həbib Müntəzir məmur oğlunun avtomobil kolleksiyasına daxil olan maşınların bir neçəsinin marka və dövlət qeydiyyat nişanları haqda da məlumat yaymışdı.
- “Mercedes GL-Class 63” markalı, 90-ZZ-009 avtomobil
- “Porsche Panamera” markalı, 90-ZZ-009 nömrəli avtomobil
- “Toyota Camry” markalı, 10-AD-011 nömrəli avtomobil
- “Mercedes S63 AMG” markalı, 90-ZZ-009 nömrəli avtomobil
- “Mercedes-Benz Gelandewagen” markalı, 90-OZ-009 nömrəli avtomobil.
Blogerin yazdığına görə, Elmirin əmisi Üveysi İsmayılov Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisinin müavinidir:
“Ölkədə mərmər monopoliyasına nəzarət edir. Üveysi İsmayılov Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, 26 a saylı binanın yaxınlığında 3 mərtəbəli 260 kvadratmetrlik kommersiya obyekti tikdirib. O, keçmiş baş prokurorun müavini Rüstəm Usubovun kürəkənidir”.
İş üzrə iki zərərçəkəndən biri olan Elnur Məmmədovun nə işlə məşğul olması barədə məlumat olmasa da, atası Leysan Məmmədovun son iş yeri Bakı şəhəri, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini postu olub. Leysan Məmmədov bu ilin aprelində vəzifəsindən ayrılıb.

Leysan Novruz oğlu Məmmədov 03.01.1963-cü ildə Tovuz rayonunda anadan olub. O, 2006-2021-ci illərdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Tikilməkdə olan obyektlərin Müdiriyyətində direktor müavini, direktor, 2021-ci ildən 2022-ci ilin fevral ayına qədər Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyində Aparat rəhbəri kimi davam edib.
Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 14 fevral 2022-ci il tarixli 22 saylı sərəncamı ilə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsinə təyin edilib. 2010-cu ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə “Əməkdar mühəndis” fəxri adı ilə, 2014-cü ildə isə Azərbaycan Respublikasında tikinti kompleksinin inkişafında xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib. Ailəlidir, üç övladı var.
Oliqarx övladlarının noyabrın 21-nə təyin olunmuş məhkəmə prosesi baş tutmayıb. Cinayət dosyesini araşdıran hakim Mirheydər Zeynalovun sədrlik etdiyi proses dövlət ittihamçısının qatılmaması səbəbindən təxirə salınıb(Demokrat.az).
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi