10-06-2014 [12:06]
Xatırladaq ki, «Fitch» bu dəfə «Azərenerji» ASC-nin emitent defoltunun uzunmüddətli reyitinqini «Sabit» dəyərləndirib, «BBB» səviyyəsində təsdiq edib. Reytinq agentliyinin məlumatına görə, ASC-nin yeganə səhmdarı Azərbaycan Respublikasıdır və 100 faiz dövlətə məxsusdur. «Fitch» «Azərenerji»nin dövlətlə hüquqi əlaqələrini güclü qiymətləndirir. Hətta dövlət şirkətin borcunun böyük hissəsi (2013-cü ilin sonuna toplanmış faizləri nəzərə almamaqla bütün borcun təqribən 89 faizi) üzrə zəmanət verməyə davam edir. Reytinq agentliyi bu göstəricinin 2014-2017-ci illərdək sabit qalacağını, hər hansı bir özəlləşdirmənin gözlənilməliyini qeyd edir.
"Qafqazinfo” "Bizim Yol” qəzetinə istinaən xəbər verir ki, «Fitch» «Azərenerji»ni elektrik enerji istehsalı və paylaşırılması bazarında inhisarçı şirkət hesab edir. Belə ki, ölkəni elektrik enerji paylaşdırılmasının 55 faizi məhz dövlət şirkətinə məxsusdur: «Bu, şirkətin ÜDM-də payının aşağı olmasına baxmayaraq, ölkənin iqtisadiyyatında əhəmiyyətli mövqeyə malik olduğunu göstərir».
«ASC dövlət zəmanəti ilə alınan kreditlərdən əlavə, 2013-cü ilin sonunda hesablanmış faizlər istisna olmaqla, Maliyyə Nazirliyindən də subsidiya əldə edir ki, bu da ümumi borcun 6 faizi təşkil edir. 2009-2013-cü illərdə dövlət investisiya proqramları çərçivəsində 818 milyon manat (1 milyard dollardan çox) vəsait yatırılıb. Cari ilin 5 ayı ərzində 15,7 milyon manat dövlətdən investisiya vəsaiti əldə edib ki, ilin sonuna qədər 22 milyon manata çatacağı gözlənilir. Bundan əlavə isə, 2015-2017-ci ildə elektrik enerjisi sektoruna daha 4 milyard dollar yatırım qoyulacağı proqnozlaşdırılır» deyə açıqlamada qeyd edilir.
«Fitch» hesab edir ki, ölkədə qazın qiyməti Avropa bazarı ilə müqayisədə ucuzdur. (Müqayisə üçün, 2007-2013-cü illərdə Azərbaycanda qazın ortalama qiyməti 62 300 dollarmln. m3 olubsa, Avropada 294 000 dollarmln. m3-a başa gəlib). Bu o deməkdir ki, göstərilən müddət ərzində şirkətə 1 milyard dollar subsidiya ayrılıb. Bu da elektrik enerjisinin aşağı tariflərdə saxlanılmasına təsir göstərir.
Reytinq agentliyinin açıqlamasına görə, «xərclər-plus» mexanizmi ilə tariflərin müəyyənləşdirməsi şirkətlər üçün əlverişli olsa da, sosial siyasət baxımından məhdud modeldir: «Elektrik enerjisinin qiyməti tez-tez dəyişilmir, sonuncu dəfə 2007-cı ildə artırılıb. Yanacaq xərcləri «Azərenerji»nin əməliyyat xəclərinin demək olar ki, yarısını təşkil edir. 2013-cü ilin dekabrında 48 faiz artaraq bir milyon m3-u 80 min manata qaldırıldı. 2014-2017-ci illərdə enerji və qaz tarifləri dəyişməz olaraq qalacağı gözlənilir. 2014-cü ildə elektrik və qaz tarifləri arasında artım tempi arasında uyğunsuzluq var və bu da müəyyən risklər yaradır. Şirkət bunu kompensasiya etmək üçün dövlətin investisiya vəsaitindən istifadə edəcək. «Azərenerjin» vergi borcu 2013-cü ilin sonuna kimi 700 milyon manat təşkil edib. Şirkət qalan vergi borclarını daha böyük həcimli dövlət subsidiyaları hesabına və ya əlavə borclar cəlb etməklə ödəyə bilər. Bu, onun kreditödəmə qabiliyyətinə neqativ təsir göstərir».
Nəhayət, «Fitch» risklərdən sığortalanmaq üçün şirkətə tövsiyyələrini təqdim edib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi