Bakı çimərliyində insan vəhşiliyi: Pula görə atın ayağını baltaladı- Foto

img

10-06-2014 [11:44]


Bakı çimərliyində tükürpədən hadisə baş verib.

MIA milli.az-a istinadən xəbər verir ki, bir neçə gün əvvəl yay mövsümü ilə əlaqədar olaraq Əmir oğlu Qurbanla birlikdə Novxanı çimərliyində insanlara xidmət etmək, onları atla gəzdirməklə pul qazanmaq fikrinə düşüblər. Onlar ata-bala 500 manata bazardan at alıb və bununla da muradlarına çatdıqlarını düşünüblər. Əslində isə başqa bir at biznesilə məşğul olan şəxsin niyyətindən xəbərsiz olublar.

At sahibinin yaxınları bildiriblər ki, çimərlikdə başqa bir at sahibi ata-balanın onun biznesinə şərik çıxdığını görüb plan hazırlayıb. "Rəqib at”ın harada saxlanıldığını öyrənərək gecə həmin yerə gedib. Atın tövlədə ayağını balta ilə kəsiblər. Ağrıdan at tövlədən qanı axa-axa qaçıb və yolun yarısında qanitirmədən yıxılıb. At sahibi yaralı atını taparaq baytar çağırıb.

Baytar atın yarasına əlac etsə də, onun kəsilən ayağı heç vaxt işləməyəcək. Atın əsas damarı və əzələsi kəsilib. At sahibi məsələ ilə bağlı polisə müraciət edib.

Binəqədi Rayon Polis İdarəsindən bildirilib ki, iki gün əvvəl Daxili İşlər Nazirliyinin "102” xidmətinə bir vətəndaş zəng edərək Novxanıda yol kənarına ayağı sınmış bir atın yıxıldığını deyib. Əraziyə əməliyyat qrupu getsə də, işarə verilən ünvanda atı tapa bilməyib. Lakin raport yazılaraq məsələnin araşdırılması üçün sahə müvəkkilinə göndərilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA