"Amerika ordusunu Göyçə dağlarına yerləşdirmək olarmı?" - Deputat MM-də mühüm mesajlar verdi (Video əlavə olunub)
21-11-2023 [17:58]
"Amerika Senatının 15 noyabr tarixli qərarı 21-ci əsrdə Zəfər qazanan xalqımızın qəhrəmanlığının əzilən bütün millətlərə nümunə olacağından qorxudan irəli gəlir. Tarix təkrar olunur- düz 34 il əvvəl, 1989-cu ilin 19 noyabrında Amerika Konqresi “Qarabağda əhalinin 80 faizinin ermənilər olduğunu, keçirilən referendumun əhalinin iradəsini ifadə etdiyini vurğulayaraq, sovet Ermənistanına yardım, SSRİ rəhbərliyi ilə Qarabağın taleyinin ayrılıqda həllinə dair” qətnamə çıxardı. Üstündən iki ay sonra ata Buş 20 yanvar faciəsini alqışladı, Qorbaçova bəraət qazandıran dövlət katibi Ceyms Beykersə dedi, sitat: “mənasız qantökməni və milli ədavəti durdurmaq üçün ordudan istifadə olunmalıdır”. Göründüyü kimi, 15-16 noyabr dinləmə və qərarı könhə kursun davamıdır".
Mia.az xəbər verir ki, bu sözləri Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentin bugünki iclasında deyib.
Onun sözlərinə görə, Ulu öndər Heydər Əliyev 907-ci düzəlişə qarşı uzun illər savaşarkən demişdi:

”Pulunuzu istəmirik, lakin haqsız qərarınız bizi mənəvi cəhətdən əzir”. Gerçəkdən, hökm kimi sözlərdir. İndi 92-ci ildəki məğlub yox, qalib xalqa qarşı cəza istəyirlər. Bayden Administrasiyası 20 sentyabrdan sonra Azərbaycanla münasibətlərin pisləşdiyini deyir və guya bizi sülhə gətirirlər. Azərbaycanın Ermənistana hücum edəcəyini dövlət katibi Blinkenin adından yayıb, sonra təkzib edənlərin niyyəti barış deyil. “Dağlıq Qarabağın gələcəyi” adlı dinləmə keçirənlər, separatizmin ideoloqları və ünvanıdılar. Vaxtilə, Vudro Vilsonun qərarı və Arbitraj məhkəməsinin aktları nəydisə, indi Senatın siyasi addımları da odur".
Deputat qeyd edib ki, gerçəkdənmi Ağ Ev Azərbaycana Xankəndini azad edəndən sonra fikrini dəyişib-əsla yox. 44 günlük müharibənin qəfil başlanmasından xəbər tutmayan Mərkəzi Kəşfiyyat İdarəsi bir dövlətin qələbəsini və Cənubi Qafqazdakı geosiyasi inqilabın Qərbi, Avroatlantik dövlətləri regiondan çıxarmasını qəbul edə bilmir:
"Son 3 ildə Ermənistan-Azərbaycan sülh danışıqlarını zəbt etmək, Avropa Birliyinin əliylə Ermənistana 2.6, Azərbaycana 2 milyard rüşvət planı ilə dövlətlərin mövqelərini satın almağa çalışır. ABŞ istəyir ki, müqavilə onların şərtləri ilə Vaşinqtonda imzalansın, ona görə mediası, USAİD kimi onlarla inqilab yayan maliyyə və qeyri dövlət institutları, Konqresi ilə Dağlıq Qarabağın gələcəyini Azərbaycandan kənarda axtarır".
Zahid Oruc əlavə edib ki, Ukraynanın ərazi bütövlüyünü qorumağa 62 milyard dollar yardım göstərən bir dövlət Rusiya ilə müharibədən əvvəl həmin vəsaiti versəydi, o ölkəni cənnətə çevirmək olardı: "Əvəzində son 30 ildə Birləşmiş Ştatlar Ermənistana Azadlığa dəstək aktı çərçivəsində 3.3 milyard dollar kömək göstərib və beləliklə, işğalı stimullaşdırıb.
ABŞ-ın hərbi yardımları dayandırması prezident İlham Əliyevi müstəqil siyasətdən daşındırmaq, ölkəmizi antirus koalisiyasına qoşmaq və sülh danışıqlarını Moskvada keçirməkdən imtina planıdır. Beləliklə, Ermənistanın təhlükəsilziyinə ən böyük zərbəni Türkiyə və Azərbaycan deyil, Amerika vurur-çünki önu öz imperiya oyunlarına alət edir, İrəvanı ayaq altına çevirir. Amerika silahlarının Ermənistanı veriləcəyi, NATO qüvvələrinin süngüsü altında erməniləri Xankəndinə qaytarmağa çalışacağı şübhə doğurmur. İrəvanda hərbi təlimlər, göndərilən instruktorların planı budur. Onlar guya Azərbaycanı Zəngəzura hücuma təhrik etdiklərini düşünürlər, lakin dərk etmirlər ki, İlham Əliyev Brüsseldən və Vaşinqtondan idarə olunan, indi ərazi bütövlüyünü itirən rəhbərlərdən deyil. Konqresdə müzakirələr zamanı Obrayen dedi ki, sülhyaradıcı qüvvələr Xankəndində qalmasın. Bəli, Qərb dünyası Rusiya ordusunun kiçik bir hissəsinin sülhpərvər olmasını istəmir-onlara işğalçı rus ordusu obrazı gərəkdir ki, guya onları qorumaq adı ilə qoşununu yeritsin. 800 milyard dollarlıq İrak əməlyyatında 654 min, 2 trilyon dollara başa gələn Əfqanıstan müharibəsində 200 minə qədər insan tələfatından sonra Amerika ordusunu gətirib sülhməramlı kimi Göyçə dağlarında yerləşdirmək olarmı?".
Komitə sədrinin sözlərinə Pörl Harberə hücuma görə Ruzvelt Yaponiyanın iki şəhərini-Xirosima və Naqasakini yerlə yeksan eləyib: "Biz ki, Ermənistanı olmayan nüvə silahımızla hədələmirik, əvəzində Vaşinqtondan baxanda Zəngilanla, Ağdamla Yaponiya şəhərləri arasında oxşarlıq görənlər var.
Amerikanın Qafqazda hərbi siyasətini ifşa edən Maykl Loueler adlı bir parlamentari Obrayenə deyir ki, etiraf edin, son 20 ildə Azərbaycanı İran və Rusiyaya qarşı silahlandırmağımız səhv olub, çünki Bakı Moskva və Tehranla yaxşı əlaqələrə malikdir. Deməli, son 20 ildə cəmi 164 milyon dollarlıq hərbi yardım ölkəmizin təhlükəsizliyini və ordusunu möhkəmləndirmək, Qələbəyə hazırlamaq üçün deyil, qonşu dövlətlərlə bizi toqquşdurmaq planına xidmət edib. Son 30 ildə Vaşinqton indi DTX təcridxanasında yatan Qarabağ rejiminə 200 milyon dollar ayırmaqla sepatarizmi maliyyələşdirib. Əvəzində Birləşmiş Ştatlar torpaqlarımızın işğaldan təmizlənməsinə bir qəpik də xərcləməyib, çünki silahı başqa dövlətlərdən almışıq".
Deputat daha sonra bildirib ki, Beynəlxalq Ədalət Məhkəmisinin, Roma statunu Ermənistanın ratifikasiyasının, BMT İnsan Haqları Şurasında ardıcıl müzakirələrin, Okampo adlı bədnam sabiq prokurorun, Avropa Birliyində keçirilən silsilə müzakiirələrin hamısı bir ünvandan-Vaşinqtondan idarə olunur: "Biz ermənilərə müraciət edirik, qoy onlar görsünlər ki, son 100 ildə Amerika və Fransanın Qafqaza sahib olmaq istəməsinin nəticəsində Ermənistanda yaşayan əhali qədər Amerikaya, onun 3-də biri qədər Fransaya erməni əhali köçüb və onlar “mühacir millət”ə çevriliblər.
Azərbaycan xarici yardımlardan asılı ölkə deyil və Bayden Senatın qərarını imzalasa, o, qorbaçovlaşacaq və Qafqazda qanlı müharibələrin müəllifinə çevriləcək.
Ona görə də əsas sual budur-biz hansı addımları atmalyıq? Bütün millətimizlə və daha çox dövlətlərin müttəfiqliyi ilə Qələbəmizi qorumaq, Amerikanın çoxqütblü siyasi qüvvələrilə intensiv çalışmaq və nəhayət, Türkiyə ilə Ermənistan sərhədlərini açaraq, Qərbin planlarını iflasa uğratmalıyıq. Əgər 34 ildə bütün şantajlara, təzyiqlərə sinə gərib Zəfər qazanmışıqsa, indi qlobal hücumları dəf edə biləcəyik!".
F.ƏHMƏD
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi