“Açıq qapı” aksiyası: "Azəriqaz"a daxil olan müraciətlər, qazlaşma və limitlə bağlı statistik məlumatlar açıqlandı - VİDEO
17-11-2023 [20:48]
“Cari ilin yanvar-oktyabr ayları ərzində SOCAR “Azəriqaz” İstehsalat Birliyinin Qəza Çağrı Xidmətinə 758 068 müraciət daxil olub.
Mia.az xəbər verir ki, bu barədə “Azəriqaz”dan məlumat verilib.
Bildirilib ki, ötən ilin müvafiq dövründə isə 811 335 müraciət təşkil edib.
Cari ildə ünvanlanan müraciətlərin sayını ötən ilin analoji dövrü ilə müqayisə etsək, 53 267 müraciət azalma müşahidə olunur”. Bu sözləri Birliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev “Açıq qapı” aksiyası çərçivəsində media nümayəndələri ilə keçirilən görüş zamanı bildirib.
Qurum rəsmisi cari ilin on ayı ərzində limitlə bağlı da məlumat verib. Onun sözlərinə görə əhali sektorunda təbii qazla təmin olunan 1 520 814 abonent 12 qəpik tariflə (ümumi abonentlərin 60,2 %-i), 866 510 abonent 20 qəpik tariflə (ümumi abonentlərin 34,3 %-i), 138 945 abonent isə 25 qəpik tariflə (ümumi abonentlərin 5,5 %-i) təbii qazdan istifadə edib.
Görüş zamanı “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərinə daxil olan müraciətlərin statistikası da təqdim olunub.
“2023-cü ilin yanvar-oktyabr ayları ərzində Bakı şəhəri üzrə “ASAN Kommunal”, regionlar üzrə “ASAN xidmət” mərkəzlərinə və KOB evlərinə 338 809 vətəndaş tərəfindən müraciət daxil olub.
Daxil olan müraciətlərlə bağlı vətəndaşlara 371 191 xidmət göstərilib”, - deyə Eldəniz Vəliyev bildirib.
Qazlaşma və təmir işləri ilə bağlı ən son məlumatlar da media nümayəndələrinin diqqətinə çatdırılıb.
Qeyd edilib ki, yanvar-oktyabr ayları ərzində 392 km yeni qaz xətti çəkilib. Görülən işlər nəticəsində 253 km uzunluğunda qaz xətti təmir edilib. İstismar müddəti başa çatan, korroziyaya uğrayan qaz xətlərinin yenilənməsi istiqamətində də işlər davam etdirilir.
Daha sonra görüş jurnalistlərin suallarının cavablandırılması ilə davam edib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi