Qarabağ və Şərqi Zəngəzur qayıdışla bağlı konfrans keçirilib
17-11-2023 [17:52]
Qarabağ və Şərqi Zəngəzura qayıdanların məşğulluğunun təmin olunması üçün görüləcək işlər açıqlanıb.
Mia.az xəbər verir ki, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin “Böyük Qayıdış: reinteqrasiya və icma əsaslı inkişaf” mövzusunda keçirdiyi konfransda bildirilib.
Tədbir Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində gerçəkləşdirilən “Doğma yurdlarına qayıdacaq məcburi köçkünlərin gəlirgətirən fəaliyyətlərə təşviq və cəlb edilməsi vasitəsilə dayanıqlı icmaların yaradılması üzrə təşəbbüslərin dəstəklənməsi” layihəsinin ilkin mərhələsinin yekunlarına həsr olunub.
Konfransın moderatoru, Dövlət Komitəsinin Məşğulluq sektorunun müdiri Kamran Ağaməliyev layihə haqqında məlumat verib.
Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov konfransın mövzusuna dair çıxış edib. Bildirib ki, işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış – dayanıqlı məskunlaşma və iqtisadi fəaliyyətə reinteqrasiya Azərbaycanın 2030-cu ilə kimi icra edilməli olan sosial-iqtisadi inkişafının beş milli prioritetindən biridir. Böyük Qayıdışa dair birinci Dövlət Proqramında məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşması və iqtisadi fəaliyyətə reinteqrasiyası proqramın məqsədlərindən biri kimi müəyyənləşdirilib. İşğaldan azad edilmiş ərazilərdə, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi diqqəti və tapşırıqları əsasında, bərpa-quruculuq işləri aparılır, məcburi köçkünlərin doğma yurda rahat, təhlükəsiz və ləyaqətli qayıdışının təmin edilməsi üçün bütün zəruri tədbirlər görülür. Artıq 3 mindən çox məcburi köçkünün daimi məskunlaşmaq üçün geri qayıtdığı qeyd edilib. Onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə yanaşı, məşğulluğunun təmin edilməsi də diqqət mərkəzindədir. Dövlət Komitəsi bununla əlaqədar olaraq aidiyyəti dövlət qurumları ilə birlikdə layihələr həyata keçirir.
Konfransda Milli Məclisin deputatları Mahir Abbaszadə və Naqif Həmzəyev çıxış ediblər. Qeyd edilib ki, bu günlərdə Milli Məclisə hökumətin təqdim etdiyi 2024-cü ilin dövlət büdcəsi layihəsinin digər prioritetləri sırasında işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri də var. Geri qayıdanların məşğulluğunun təmin edilməsi üçün istehsalın və sahibkarlıq fəaliyyətinin dəstəklənməsi işləri də uğurla icra olunur, yerli və xarici sərmayəçilər üçün əlverişli biznes mühiti formalaşdırılmaq üçün sənaye parkları yaradılır və digər müvafiq işlər görülür.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədr müavini Hikmət Məmmədov məcburi köçkün icmalarının biznes və sahibkarlıq təşəbbüslərinin dəstəklənməsinin mühüm məsələ olduğunu bildirib, bu sahədə Dövlət Komitəsi ilə əməkdaşlığın əhəmiyyətindən danışıb.
Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının sədri Nigar Ələsgərova isə çıxışında qeyd edib ki, layihə çərçivəsində məcburi köçkünlərə biznes bacarıqlarını inkişaf etdirmək məqsədilə peşəkar biznes təlimlər keçirilib. Geri qayıtdıqdan sonra fəaliyyət göstərəcəkləri sahələr üzrə biznes planlar hazırlanıb və mikro sahibkar kimi fəaliyyət göstərmələri üçün müvafiq addımlar atıb.
Tədbirdə məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə qayıdışını əks etdirən videoçarxlar nümayiş etdirilib.
Sonda “Doğma yurdlarına qayıdacaq məcburi köçkünlərin gəlirgətirən fəaliyyətlərə təşviq və cəlb edilməsi vasitəsilə dayanıqlı icmaların yaradılması üzrə təşəbbüslərin dəstəklənməsi” layihəsinin iştirakçılarına sertifikatlar təqdim edilib. Layihənin iştirakçısı Laçın rayonunun Zabux kəndinin sakini Ziyadxan Məmmədov layihənin onlarda biznes bacarıqlarının inkişaf etdirilməsi baxımından əhəmiyyətli olduğunu qeyd edib, məcburi köçkünlərin məşğulluğunun artırılmasına dövlət dəstəyinin göstərilməsinə görə ölkə rəhbərliyinə təşəkkür bildirib.
Konfrans iştirakçıları məcburi köçkünlərə gəlirgətirən fəaliyyətlə məşğul olmaq üçün təqdim edilən avadanlıqlarla tanış olublar.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi