Aydın Bəşirovun əmisi oğlu olan rektor işdən çıxarıldı - Dəyişiklik

img

09-06-2014 [17:05]


Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru Rasim Bəşirov tutduğu vəzifədən azad olunub.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Publika.az məlumat yayıb.

Məlumata görə, hazırda R.Bəşirov akademiyada rektor kimi deyil, müəllim kimi fəaliyyət göstərir.

Bundan əlavə, Azərbaycan Dövlət Dəniz Akademiyasında yoxlamalar da aparılıb.

Publika.az sözügedən məsələ ilə əlaqədar Rasim Bəşirovla əlaqə saxlayıb. R.Bəşirov rektorluqdan uzaqlaşdırılmasını təsdiqləyib.

Qeyd edək ki, Rasim Bəşirov Prezidentin sərəncamı ilə ləğv olunan Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin sabiq rəisi Aydın Bəşirovun əmisi oğludur.

Onu da bildirək ki, R.Bəşirov akademiyada rektorluqdan əvvəl Salyan rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA